Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əfzal Xan: Son aylarda dünyada islamofobiya 335 faiz artıb

Əfzal Xan: Son aylarda dünyada islamofobiya 335 faiz artıb

08.03.2024 [12:56]

İslamofobiya elə bir irqçilikdir ki, Qərbdə daha aydın görünür. Belə ki, son aylarda dünyada islamofobiya 335 faiz artıb. Bundan əlavə, Yeni Zelandiyada 51 nəfər müsəlman öldürülüb. 

AZƏRTAC xəbər verir ki, bu sözləri Böyük Britaniya Müsəlmanları Parlament Qrupunun sədr müavini Əfzal Xan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransın planer iclasında söyləyib.

O bildirib ki, Böyük Britaniyada müsəlmanlar daha çox yoxsulluq vəziyyətində yaşayır və onların 35 faizi islamofobiyaya məruz qalır:

“Oradakı müsəlmanların 32 faizi isə düşünür ki, onlar dominantlığa məruz qalırlar. Hətta uşaqlar elə düşünür ki, müsəlmanlar ölkəni işğal edəcək. Bu da müsəlmanların ədavətin qurbanı olduğunu göstərir”,- deyə Əfzal Xan vurğulayıb.

Əfzal Xan əlavə edib ki, Britaniyada böyük partiyalarda belə müsəlmanlara qarşı ədalətsizliklər var.

Paylaş:
Baxılıb: 680 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31