Volodimir Zelenski Prezident İlham Əliyevə təbrik məktubu göndərib
07.03.2024 [18:49]
Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan xalqının təhlükəsizliyinin, iqtisadi inkişafının və əmin-amanlığının təmin olunmasında yeni böyük nailiyyətlər arzu edirəm.
Əminəm ki, yenidən Prezident seçilməyiniz ikitərəfli əlaqələrimizin daha da möhkəmlənməsinə töhfə verəcək və Ukrayna-Azərbaycan əməkdaşlığını yeni dinamik səviyyəyə çıxaracaq.
Beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində iki dövlətin müstəqilliyi və ərazi bütövlüyünə Ukrayna və Azərbaycanın qarşılıqlı dəstəyi olduqca vacibdir.
Bu gün Ukrayna xalqı rus təcavüzkarlarına qarşı mübarizədə öz azadlığını müdafiə edərkən Azərbaycan Respublikasının həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir. Biz humanitar yardıma, Rusiyanın işğalından zərər çəkmiş şəhərlərin infrastrukturunun yenidən qurulmasında iştiraka, işğaldan azad edilmiş Ukrayna ərazilərinin minalardan təmizlənməsi prosesində iştiraka görə minnətdarıq.
Mən Ukrayna-Azərbaycan əməkdaşlığına mühüm dinamika verən şəxsi konstruktiv və səmimi dialoqumuzu yüksək qiymətləndirirəm.
Əminəm ki, hörmət və etimada əsaslanan strateji tərəfdaşlıq bundan sonra da möhkəmlənəcəkdir.
Mən Azərbaycanın Ukraynanın sülh formulasının implementasiyasına cəlb olunmasına və İsveçrədə keçiriləcək ilk Sülh Sammitində şəxsən iştirakınıza ümid edirəm.
Bu fürsətdən istifadə edərək, ad günüm münasibətilə ünvanladığınız təbrikə görə təşəkkürümü bildirirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, enerji və məsuliyyətli dövlət fəaliyyətinizdə yeni uğurlar arzu edirəm."
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24

