Məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir
14.02.2024 [11:50]
Emin Həsənli: Görüntülərdən də bəlli olur ki, öncədən hazırlanmış bir təxribatdır
Zəngilan rayonunun Kolluqışlaq kəndi ərazisində yerləşən mövqeyimizə açılan təxribatçı atəş, sərhədçimizin snayperlə vurulması Ermənistanın növbəti məqsədyönlü təxribatıdır. Təxribatın törədilməsi anında çəkilən videogörüntülərdən də bəlli olur ki, açılan atəş əvvəlcədən hazırlanmış planın tərkib hissəsidir. Azərbaycan isə bu təxribatı cavabsız qoymadı. Fevralın 13-də Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Məlumata görə, əməliyyat nəticəsində əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Verilən açıqlamada bildirilib ki, Ermənistan tərəfinin Azərbaycan-Ermənistan şərti dövlət sərhədində əməliyyat şəraitinin gərginləşdirilməsinə yönələn hər bir təxribatına bundan sonra daha ciddi və qəti tədbirlərlə cavab veriləcək.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən hərbi ekspert, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli vermiş hadisəyə görə məsuliyyətin tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü deyib. O bildirib ki, videogörüntülərdən də bu təxribatın öncədən planlaşdırıldığı bəlli olur: "Ermənistanın belə bir hərbi təxribata əl atacağı ilə bağlı şübhələr var idi. Aktiv silahlanma, sülh danışıqlarından yayınma kimi hallar, eyni zamanda Ermənistan mətbuatında son dövrlərdə revanşist xarakterli yazıların daha da intensivləşdirilməsi belə bir hadisənin baş verəcəyi ehtimalını artırırdı. Fikrimcə, açılan atəşin əmri İrəvandan verilib. Bu birbaşa Ermənistan rəhbərliyinin verdiyi tapşırıqdır ki, o snayeperçi Azərbaycan əsgərinə xain gülləsi atıb. Çünki yüksək komandanlığın əmri olmadan belə bir atəş, xüsusilə snayper atəşi açıla bilməz. Görüntülərdən də bəlli olur ki, öncədən hazırlanmış bir təxribatdır. Məqsəd isə bölgədə gərginliyi davam etdirmək, sülh prosesinin baş tutmasına mane olmaqdır. Ermənistan tərəfi dünyaya hələ də "münaqişə"nin davam etdiyi kimi yalanlar tirajlamağa çalışır. Amma anlamalıdır ki, sözün əsl mənasında odla oynayır. Bu dəfə artıq Ermənistanın mövcudluğu sual altına düşə bilər".
Hərbi ekspert bildirib ki, Azərbaycan tərəfinin keçirdiyi cavab tədbirləri də özünü gözlətməyib. E.Həsənli Azərbaycanın müvafiq hərbi strukturlarının hərəkətə keçdiyini və lazımi addımların atıldığını deyib. Qisas əməliyyatı nəticəsində sözügedən erməni postu dağıdılıb. "Bu hadisə özündə hərbi mahiyyət daşımaqla yanaşı, həm də sülh prosesinə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına ciddi zərbədir. Bəlli olduğu kimi, sülhlə bağlı iki ölkə tərəfindən müəyyən addımların şahidi olurduq. Son dövrlərdə intensiv və ikitərəfli görüşlər keçirilirdi. Hətta beynəlxalq vasitəçilər belə danışıqlar prosesinin davam etdirilməsi ilə bağlı müəyyən mesajlar səsləndirirdilər. Görünən odur ki, Ermənistan sülhlə bağlı imitasiyada israr edir və prosesdən yayınır. Amma bu kimi təxribatlarla nəyəsə nail olmaq mümkün deyil. Çünki Azərbaycan özünün ərazi bütövluyünü və suverenliyini beynəlxalq ühuqaq əsasən təmin edib. Bundan sonra baş verəcək hər hansı bir təxribat Ermənistana ziyan gətirəcək", - deyə E.Həsənli əlavə edib.
Xəbər lenti
Hamısına baxGündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42

