Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ciorcia Meloni: İtaliya ilə Azərbaycan arasında əlaqələr əladır

Ciorcia Meloni: İtaliya ilə Azərbaycan arasında əlaqələr əladır

12.02.2024 [22:06]

İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Cənab Prezident,

İtaliya Hökuməti adından və şəxsən öz adımdan Sizi Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə təbrik etmək və yeni mandatınız üçün Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm.

İtaliya ilə Azərbaycan arasında əlaqələr əladır və həqiqətən strateji və çoxölçülü tərəfdaşlığın yaradılması ilə yüksək əməkdaşlıq səviyyəsinə çatmışdır. Bizim niyyətimiz bu yolu davam etdirməkdir və əminəm ki, biz birlikdə enerji sektorundan başlayaraq bütün sahələrdə əməkdaşlığımızı daha da dərinləşdirə biləcəyik.

İnanıram ki, biz bütün Qafqaz regionu üçün sülh, sabitlik və firavanlıq perspektivlərini təşviq etmək üçün də səylərimizi birləşdirə biləcəyik.

Əminəm ki, xalqlarımızı bir-biri ilə bağlayan səmimi dostluq sayəsində də əlaqələrimiz hər sahədə inkişaf etməkdə davam edəcək.

Sizə bir daha səmimi təbriklərimi çatdıraraq, ən xoş salamlarımı göndərirəm".

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31