Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / "Qalib Liderimizin siyasətinə alternativ yoxdur"

"Qalib Liderimizin siyasətinə alternativ yoxdur"

01.02.2024 [21:27]

2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində Yasamal rayonunun İ.Qutqaşınlı, L.İmanov küçələri və digər ünvanlarda yaşayan seçicilərlə görüş keçirilib.

Görüşdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, partiyanın Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, Milli Məclisinin deputatı Elnur Allahverdiyev, təşviqat qrupunun üzvləri Rəna Mirzəzadə, Elxan Hüseynov, Şikar Qasımov, Leyla Hüseynova və Lalə Bayramova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 20 il öncə Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirib və ölkədə bu siyasətə alternativin olmadığını göstərib.

Eyni zamanda qeyd olunub ki, Prezident İlham Əliyevin liderlik qabiliyyəti, dövlətçilik təfəkkürü, yenilməz əzmi və iradəsi ölkəmizin müasir simasını müəyyənləşdirməklə yanaşı, Cənubi Qafqaz bölgəsinin geosiyasi mənzərəsini kökündən dəyişib.

Natiqlər seçiciləri fevralın 7-də keçiriləcək prezident seçkilərində fəal iştirak etməyə və qalib xalqın qalib Lideri olan Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.

Paylaş:
Baxılıb: 653 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Analitik

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30