Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi Uqandaya təhvil verib
19.01.2024 [15:12]
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşündə iştirak və çıxış edib.
Xarici İşlər Nazirliyindən bildirilib ki, zirvə görüşündə QH-nın sədri qismində açılış nitqi ilə çıxış edən C.Bayramov Azərbaycanın 4 il bundan öncə Hərəkata sədrliyi təhvil aldıqdan sonra beynəlxalq münasibətlər sistemi üçün olduqca mürəkkəb bir dövrdə QH-ya uğurla sədrlik etdiyini, Hərəkatın mövcud çağırışlarla mübarizədə effektivliyinin artırılması üçün substantiv və institusional tədbirlər gördüyünü diqqətə çatdırıb.
Daha sonra, Hərəkatın 19-cu Zirvə Görüşünün gündəliyi qəbul olunub.
Zirvə Görüşünün gündəliyinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin QH-nin sədri qismində uğurlu fəaliyyət və təşəbbüslərini əks etdirən videoçarx nümayiş olunub, daha sonra isə nazir Ceyhun Bayramovun Azərbaycanın Hərəkata sədrliyinin yekunlarına dair çıxışı dinlənilib.
2019-cu ildə Hərəkata sədrliyi təhvil alan Azərbaycanın sədrliyinin 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə əlavə bir il müddətinə uzadılmasının ölkəmizə göstərilən inam və etimadın təcəssümü olduğunu qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın sədrlik dövründə tarixi Bandunq prinsipləri əsasında öz fəaliyyətini qurduğunu bildirib. Bu istiqamətdə, Azərbaycanın QH-nın fəaliyyətinin əlaqələndirilməsinin çevikliyinin təmini istiqamətində əməli tədbirlər gördüyü, görülən işlər nəticəsində yüzlərlə bəyanat, kommunike və bəyannamələrin razılaşdırıldığı, Hərəkat üzvləri tərəfindən müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında irəli sürülmüş qətnamələrin qəbul edildiyi diqqətə çatdırılıb.
Hərəkata sədrliyimizin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, irəli sürülən təşəbbüslərin, xüsusilə QH sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının çağırılması, peyvəndlərə əlçatanlığın təmin edilməsinin təşviqinin Hərəkat çərçivəsində yeni əməkdaşlıq imkanları yaratdığı qeyd olunub.
Sədrliyimiz dövründə Hərəkatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatının yaradılmasının, Qadınlar Platformasının əsasının qoyulması ilə bağlı atılan addımların QH-nın institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.
Bununla yanaşı, Hərəkatın üzvlərinin sayının artırılması, QH-nın digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi, Hərəkata üzv dövlətlərin beynəlxalq təşkilatların seçkili orqanlarında namizədliklərinin dəstəklənməsi, QH üzvlərinin inkişafına istiqamətlənən təşəbbüslərin həyata keçirilməsinin də sədrliyimizin uğurları sıralarında olduğu vurğulanıb.
Ölkəmizin bundan sonra da Hərəkatın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi, xüsusilə QH-nin sədrlik üçlüyü çərçivəsində Hərəkatın fəaliyyətinə töhfə verməkdə davam edəcəyi diqqətə çatdırılıb.
Tədbirdə iştirak edən QH üzv dövlətləri Azərbaycanın Hərəkata 4 illik uğurlu sədrliyini təqdir edərək, xüsusilə də təsisatın institutlaşdırılması istiqamətində atdığı addımları və pandemiya dövründə COVİD-19 ilə mübarizə sahəsində gördüyü işləri yüksək qiymətləndirib.
Zirvə Görüşündə qəbul edilən Yekun Sənəddə ölkəmizin maraqlarını əks etdirən müddəalar əks olunub, Azərbaycanın İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyanın növbəti Tərəflər Görüşünə (COP29) ev sahibliyi etməsi QH üzv ölkələri tərəfindən yekdilliklə alqışlanıb.
Daha sonra isə QH-nın sədrliyi Azərbaycan tərəfindən Uqandaya təqdim edilib, Zirvə Görüşü Uqanda Respublikasının Prezident Yoveri Museveninin sədrliyi ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

