Xalqımız sözü imzası qədər dəyərli Liderə bir daha etimad göstərəcək
17.01.2024 [19:59]
Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor
Son 20 ildə cənab İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasi kurs ölkəmizin sürətli və dayanıqlı inkişafını, güclü iqtisadi potensialın formalaşmasını, vətəndaşların rifahını, təhlükəsizlik və müasir ordu quruculuğu kimi məsələlərin effektiv həllini təmin edib, bütün bunların nəticəsində isə ölkəmizin beynəlxalq nüfuzu yüksəlib, dünyada strateji əhəmiyyəti artıb. Son 20 ildə Azərbaycan tarixinin inkişaf və tərəqqi dövrünün memarı olan cənab İlham Əliyev azərbaycançılıq məfkurəsinə sadiqliyi, müdrik siyasəti, dönməz əqidəsi ilə hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirdi.
Cənab İlham Əliyev Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrilib. Bu gün Azərbaycan xalqı formalaşmış yeni reallıqlar mühitində inamla və qürurla öz inkişafının yeni dövrünə qədəm qoyub. Təbii ki, yeni mərhələyə keçid edərkən prezident seçkilərinin keçirilməsi də zəruridir. Çünki yeni seçkilərin özü də növbəti mərhələnin başlanğıcı olmalıdır.
Müstəqillik tariximizdə ilk dəfə olaraq prezident seçkiləri ölkəmizin istisnasız bütün ərazilərində keçiriləcək. Biz buna Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində nail olduq.
Dünya ictimaiyyəti bir daha şahid oldu ki, 30 il davam edən işğal dövründə güclənən, qüdrətlənən Azərbaycanla heç bir halda təhdid dilində danışmaq olmaz. Çünki onun xalqın və dövlətin maraqlarını üstün tutan, ölkənin bütün potensialını Vətən naminə səfərbər edən cənab İlham Əliyev kimi yenilməz Lideri var və xalq-lider birliyi Azərbaycanın xoşbəxt gələcəyinin qarantıdır. Məhz bu faktorların sayəsində qazanılan tarixi Zəfərlər milli həmrəyliyi daha da möhkəmləndirib.
Qürur hissi ilə deyə bilərik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi bütün vədləri qalibiyyət təntənəsi ilə yerinə yetirib, atdığı addımları ilə müdrik dövlət başçısı olduğunu təsdiq edib. Dövlətimizin başçısı qətiyyətli addımları ilə Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycanı dünyaya təqdim etməkdə davam edir. Üçrəngli bayrağımız bu gün Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər işğaldan azad edilmiş rayonlarımızda dalğalanır. Bu, bir çoxları üçün xəyal idi, qalib Lider xalqımızın bütün ümidlərini doğrultdu, mümkünsüz görünən ən çətin işləri reallaşdırdı, Azərbaycanı zəfərdən zəfərə apardı.
Əldə etdiyimiz zəfərlərin davamı olması üçün fevralın 7-də keçiriləcək seçkilərdə xalqımız inandığı, müasir iqtisadiyyatı, beynəlxalq diplomatiyanı yaxşı bilən, nüfuzlu və etibarlı Liderə dövlətimizin gələcəyini əmanət edəcək. Bu baxımdan, qədirbilən Azərbaycan xalqının dəyişməz seçimi öz sözü və əməli ilə xalqımıza, dövlətimizə tarixi bir Zəfər və başucalığı bəxş edən, xalqımızın etimadını doğruldan cənab İlham Əliyev olacaq. Başqa sözlə, Azərbaycan xalqı ölkəmizin ərazi bütövlüyünü təmin edən, onu inamla irəli aparan, uğurlu xarici və daxili siyasət reallaşdıran, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələrindən birinə çevirəcək Liderin yanında olacaq. Bu, Azərbaycan xalqının inkişafa, Heydər Əliyev siyasi kursuna, polad siyasi iradəyə, işıqlı gələcəyə verdiyi səs olacaq. Xalqımız qalib Liderinə yekdilliklə səs verməklə daha böyük hədəflərə doğru inamla addımlayacaq. Xalqımız cənab İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələri fəth edəcək. Bu seçkilər Azərbaycan naminə seçkilər olacaq!
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

