Yeni Azərbaycan Partiyası növbəti prezident seçkilərinə də böyük inamla gedir
16.01.2024 [16:32]
“Fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsi müasir Azərbaycan tarixində xüsusi əlamətdar hadisə hesab edilir. Tarixi qərar ölkəmizin ictimai-siyasi tarixində yeni bir mərhələnin başlanğıcı olmaqla yanaşı, Zəfər platformasında baş tutacaq prezident seçkilərinin böyük çoşqu və ruh yüksəkliyi şəraitində keçiriləcəyi şübhəsizdir.” Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.
Sevinc Hüseynova vurğulayıb ki, növbədənkənar prezident seçkilərinin keçirilməsini Azərbaycan və bütün region üçün yaranan yeni tarixi reallıqlar diktə edir: “Bu reallıqların müəllifi isə Prezident İlham Əliyevdir. Möhtərəm Prezidentimiz, Heydər Əliyev siyasi məktəbinin ən layiqli davamçısı cənab İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən ölkənin dayanıqlı inkişafı üçün əsaslı addımlar atdı. Prezident olduğu müddətdə İlham Əliyev ölkəmizi regional liderə çevirdi. Bugünkü Azərbaycan regionda güclü iqtisadiyyata və orduya malik ən stabil ölkədir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin məqsədi Azərbaycanın hərtərəfli inkişafa, xalqımızı firavan həyata, ölkəni 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpasına qovuşdurmaq idi. Əslində məqsədyönlü surətdə aparılan siyasət, hər bir atılan addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı.”
Növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixində ilk dəfə olaraq ölkəmizin ərazi bütövlüyünün təminatı, suverenliyimizin bərpası fonunda keçirilməsinin tarixi önəmindən söz açan deputat qeyd edib ki, prezident seçkiləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bütöv və suveren Azərbaycanda ilk dəfə baş tutacaq: “Bu mənada fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ərazi bütövlüyümüzün və suverenliyimizin təsbiti hesab edilir. Bu kontekstdə 7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkiləri tariximizə Zəfər seçkiləri kimi düşməklə yanaşı, Azərbaycanın qarşıya qoymuş olduğu hədəflərin reallaşmasına, ölkəmiz üçün yeni üfüqlərdə inkişafına başlıca zəmin hesab olunur. Sözsüz ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etməklə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini bərpa olunmaqla müasir tariximizin ən parlaq səhifəsi açılıb. Şanlı üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər işğaldan azad edilmiş rayonlarımızda qürurla dalğalandıran Müzəffər Ali Baş Komandan İlham Əliyevin seçkilərlə bağlı qərarı özünə, xalqın dəstəyinə inamın, əminliyin başlıca təzahürüdür.”
YAP Təftiş Komissiyasının sədri bildirib ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin genişləndirilmiş iclasında 2024-cü ilin 7 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkilərinə namizədi irəli sürülüb: “Bu, ölkəmiz və xalqımızın gələcək taleyi üçün olduqca əhəmiyyətli tarixi və siyasi qərar olmaqla yanaşı, gələcək inkişafımızın perspektivlərini hədəfləyən müdrik bir addımdır. Yeni Azərbaycan Partiyası növbəti prezident seçkilərinə də böyük inamla gedir. Hər zaman olduğu kimi YAP özünün sosial bazasına güvənərək seçkiyə qatılmaqla bu siyasi mübarizədən də qələbə ilə çıxacağına inanır. YAP üzvləri əmindirlər ki, qalib Lider İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan bundan sonra da yeni uğurlara və Zəfərlərə imza atacaq.”
Sevinc Hüseynova xalqımızın seçkilərdə fəal olacağına və qalib Liderimizə səs verəcəyindən əminliyini belə ifadə edib: “Tarixin müxtəlif dönəmlərində istiqlaliyyəti uğrunda çətin sınaqlardan, mürəkkəb proseslərdən keçən xalqımız bu gün müstəqil Azərbaycanı qüdrətləndirən, onu nəinki regionun, bütün dünyanın sayılıb-seçilən dövlətlərindən birinə çevirən müdrik liderinin yürütdüyü siyasəti dəstəkləyir, ətrafında sıx birləşərək müəyyən etdiyi yolla onunla birgə addımlayır. Əminliklə söyləmək olar ki, Xalqımızın Zəfər Seçkilərində də Vətən müharibəsində olduğu kimi birlik, həmrəylik nümayiş etdirəcək və növbədənkənar prezident seçkilərində qalib Liderini seçəcək. Çünki xalqımız qalib Liderin dövlətimizi daha böyük nailiyyətlərə aparacağından əmindir. İnanıram ki, cənab İlham Əliyevin rəhbərliyi ilə doğma Azərbaycanımız daha da inkişaf edəcək və xalqımız haqlı olaraq hər zaman olduğu kimi bundan sonra da öz Lideri ilə qürur duyacaq.”
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

