Diqqət: Dietoloq məsləhət görür...
31.12.2023 [12:10]
Bayram və tətil günlərində necə qidalanmalıyıq?
Yeganə BAYRAMOVA
Bu gündən etibarən Yeni il bayramı ilə əlaqədar bir həftəlik tətil başlayır. Yeni il uşaqdan-böyüyə hər kəsin səbirsizliklə gözlədiyi bayramlardan biridir. Hər kəs evini ən gözəl şəkildə bəzəməyə, süfrəsinə növbənöv təamlar düzməyə can atır. Lakin bayram günlərinin, tətillərin sevinc bəxş etdiyi qədər qayğılı tərəfləri də var. Çünki həmin gün cürbəcür qidaların, şirələrin qarışdırılması sağlamlığa ciddi şəkildə zərər vurur. Elə bu səbəbdən yüksək əhvali-ruhiyyə ilə qarşılanan bayram bir çox halda pis nəticələnir.
Məhz bayram günlərində qidalanma rejimi sıxlaşır və çox zaman yeməyə nəzarəti itiririk. Bütün bunlar isə bayramdan sonra orqanizmdə diskomforta səbəb olur. Bu cür hallar həmçinin bayramdan sonra insanların işə adaptasiyasına da müəyyən təsirlər göstərir. Belə ki, orqanizmdəki narahatlıqlar işə uyğunlaşmanı nisbətən çətinləşdirir.
Dietoloq Şəfa Yadigarova “Yeni Azərbaycan”a açıqlamasında bayram günü və bayram sonrası qidalanmaya xüsusi diqqət yetirməli olduğumuzu bildirib: “İl boyu işləyən insan maksimum dərəcədə bayram günlərindən yararlanmaq istəyir. Yəni istirahət deyəndə doyunca yemək, yatmaq və s. ağıla gəlir. Qida rejiminin də kəskin şəkildə pozulması bizdə başağrısı, artıq çəki yaradır. Buna görə bayramdan öncə və sonra müəyyən qaydalara riayət etmək lazım gəlir”.
Bayram günləri hansı səhvləri edirik?
Dietoloq qeyd edib ki, bayram günləri etdiyimiz əsas səhvlərdən biri istirahət günüdür deyə yuxudan gec oyanmaqdır: “Axşam bayram süfrəsində çox yeyəcəyik deyə, gün ərzində ac qalırıq. Bu elə bizim birinci səhvimizdir. Bayram günü olsa da, mütləq şəkildə günə bir, ya iki stəkan su içməklə başlamalıyıq. Su içdikdən yarım saat sonra səhər yeməyi yeməliyik. Məsələn, yulaf sıyığı, yoqurt yemək olar. Gec oyandığımız üçün qatıq və ya kefir də yeyilə bilər. Axşam yeməyini isə çalışıb 20:00-dək bitirməliyik. Bununla metobolizmanı nəzarətdə saxlayaraq, artıq kalori qazancına da mane ola bilərik”.
Şirniyyatdan az istifadə edin...
Ş.Yadigarova bayram axşamı şiniyyatdan az istifadə etməyi tövsiyyə edib: “Bayram günlərində maksimum dərəcədə çalışmalıyıq ki, şirniyyyatdan az istifadə edək. Çünki yemək çeşidi zəngin olduğu üçün əlavə şirniyyatın yeyilməsi artıq çəkinin yaranmasına səbəb ola bilər. Bayram axşamı yaxşı olardı ki, hazırlanan salatlar mayonezsiz olsun. Yağda qızardılmış yeməkdənsə, soba və ya manqalda bişmiş yeməklərdən istifadə orqanizm üçün daha yararlıdır. İçki olaraq isə adi su içsək, uyğundur. Çünki meyvə şirələri, qazlı içkilər geniş yemək çeşidindən sonra problem yarada bilər. Eyni zamanda, meyvə şirələri bizim doyma hissimizin qarşısını alır və biz daha çox yemək istəyrik ki, bu da artıq çəki yaradır. Bütün yeməklərin dadına baxmaq istəyi bizdə tələskənlik yaradır və qidaları çeynəmədən uduruq. Bu da öz növbəsində bizdə diskomfort, həzmdə problem yaradır”.
Gün ərzində 45 dəqiqə...
Dietoloq, eyni zamanda, spirtli içkidən də az istifadə etməyin vacibliyini vurğulayıb: “Əgər bayram axşamı spirtli içki içilirsə, gərək sonradan bol miqdarda su qəbul edilsin ki, səhəri gün başağrısı yaranmasın. Axşam yeməyindən sonra desert kimi meyvə, kiçik porsiyada südlü şirniyyat qəbul etmək olar. Yemək masasından qalxdıqdan sonra yarım saat-45 dəqiqə piyada gəzmək lazımdır”.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 22:47
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30

