Hər bir daş abidə tariximizin salnaməsidir
21.12.2023 [10:55]
Azərbaycanın bir sıra qeyri-maddi mədəni irs nümunələri İslam Dünyası İrs Siyahısına daxil edilib
Əsrlərin qovğalarından, olaylarından salamat çıxaraq bugünümüzə gəlib çatmış qalalara, abidələrə, hasarlara, ibadətgahlara baxdıqca uzaq keçmişdə yaşamış xəttat, nəqqaş, bənna babalarımızın düşüncə tərzindən, memarlıq üslubundan, təfəkküründən, yaradıcılıq qabiliyyətindən, bir sözlə, sənət dünyasından xəbər tuturuq. Tarixin yaddaşına çevrilmiş bu abidələr əslində, milli memarlığın, incəsənətin, etnoqrafiyanın daş ensiklopediyasıdır. Onun hər kərpicində tarixi bir hadisənin izi yatır.
Sevindirici haldır ki, dünya memarlığının inciləri sırasına daxil olmuş Azərbaycan memarlıq sənətinin bir sıra qiymətli nümunələri bu gün UNESCO-nun da diqqət mərkəzindədir. Azərbaycanın bu abidələri təkcə bizim deyil, bütün Yaxın və Orta Şərqin inciləridir. Xüsusilə, qədim tarixə və mədəniyyətə malik Bakı şəhərinin abidələrini cəsarətlə açıq səma altında muzey eksponatları adlandırmaq olar. Qız qalası, Şirvanşahlar sarayı, Karvansaray, Qala divarları, çoxlu hamam, bazar, paytaxtımızın ayrı-ayrı guşələrində müxtəlif vaxtlarda tikilmiş binaların inşasında istifadə olunan üslublar, işlədilən üsullar, vurulan naxışlar xalqın zövqünü, mənəvi dünyasını, istək və arzularını özündə əks etdirib.
Yeri gəlmişkən, dekabrın 18-19-da Mərakeşin paytaxtı Rabat şəhərində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı - ICESCO-nun nəzdində fəaliyyət göstərən İslam Dünyası İrs Komitəsinin (IWHC) 11-ci iclası keçirilib. Komitə üzvlərinin qərarı ilə ölkəmizin zəngin mədəniyyətini əks etdirən aşağıda qeyd olunan 10 qeyri-maddi mədəni irs nümunəsi İslam Dünyası İrs Siyahısına daxil edilib.
Bu siyahıya yallı (köçəri, tənzərə) Naxçıvanın ənənəvi qrup rəqsləri, dolma hazırlanması və paylaşılması ənənəsi, mədəni kimliyin göstəricisi, pəhləvanlıq mədəniyyəti, ənənəvi zorxana oyunları, idman növləri və güləş, Azərbaycan muğamı, Lahıc misgərlik sənəti, Çövkən - ənənəvi Qarabağ atüstü oyunu, Azərbaycan aşıq sənəti, Kəlağayı düzəldilməsi və geyinməsi ənənəvi incəsənəti və onun simvolizmi, Tar ifaçılıq sənəti və onun hazırlanma ustalığı, Azərbaycanda xalça toxuculuğu ənənəvi sənəti daxildir.
Qeyd edək ki, Azərbaycanın üzvü olduğu ICESCO ilə əməkdaşlığında mədəni irsin qorunması mövzusu mühüm yerlərdən birini tutur. Xatırladaq ki, 2019-cu ildə Azərbaycandan İçərişəhər (Qız qalası və Şirvanşahlar saray kompleksi ilə birlikdə), Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) və Qobustan qayaüstü rəsmləri də İslam Dünyası İrs Siyahısına daxil edilib.
Bununla da Azərbaycanın İslam Dünyası İrs Siyahısındakı mədəni irs nümunələrinin sayı 15-ə çatıb.
Milli Məclisin üzvü Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu abidələr milli memarlığımızın yadigarları olsa da, bəşərin mədəniyyət sərvətidir: “Ölkəmizin memarlıq irsinin qorunub saxlanılmasını xalqımızın və vətənimiz Azərbaycanın mənafeyi, əcdadlarımızın müqəddəs ruhu tələb edir. Abidələr, memarlıq nümunələri hər bir xalqın tarixini özündə əks etdirən monumental əsərlərdir. Onları qoruyub saxlamaq vətənin tarixini, xalqın mədəniyyətini nəsildən-nəslə ərməğan etmək deməkdir. Hər bir vətəndaş tarix, memarlıq və mədəniyyət abidələrimizi qorumağa borcludur. Bu borc hətta Konstitusiyamızda da təsbit edilib. Həmin müqəddəs borcu hərə özünün bacardığı kimi yerinə yetirməlidir. kimi vəzifə və səlahiyyəti daxilində, kimi maddi imkanları hesabına, kimi də bu sahədə təbliğat aparmaq, onun xeyirxah mahiyyətini başqalarına başa salmaqla. Unutmayaq ki, hər bir daş abidə mənsub olduğu xalqın tarixinin əvəzolunmaz salnaməsidir. Daş yaddaşımızı nə dərəcədə qoruya, gələcək nəsillərə ötürə biləriksə bir o qədər tariximizin zənginliyinə və dəqiqliyinə zəmanət verərik”.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40

