İnsan həmrəyliyi!
20.12.2023 [11:30]
Dünyanı sınağa çəkən fəlakətlər...
Yeganə BAYRAMOVA
Çətin situasiyalar bir qayda olaraq insanları birləşdirir. İstər bir ölkənin daxilində, istərsə də dünya üzrə hansısa fəlakətlər, çətinliklər baş verdikdə insanlar həmrəylik nümayiş etdirirlər. Cəmiyyətin bu cür davranışı hadisəyə kütləvi reaksiyasıdır və bunu instinktiv də saymaq olar. Bu, insanların birgəyaşayış zamanı təhlükəyə qarşı verdikləri cavabın müasir dövrdəki təzahürü də sayıla bilər.
Dekabrın 20-si Beynəlxalq İnsan Həmrəyliyi Günüdür. BMT Baş Məclisi 2005-ci il dekabrın 22-də Beynəlxalq İnsan Həmrəyliyi Gününün elan olunması haqqında qətnamə qəbul edib. Qətnamə Minilliyin Bəyannaməsi əsasında hazırlanıb. Bəyannamədə deyilir ki, həmrəylik XXI əsrdə beynəlxalq münasibətlərin əsasını təşkil etməli olan fundamental və universal bəşəri dəyərlərdən biridir.
Həmrəylik qrup, yaxud etnosun birliyidir. O, maraqların vəhdətindən yaranır, eyni zamanda, özü maraqların birliyini formalaşdırır. Buraya qarşılıqlı anlaşma, normalar və vəzifə ümumiliyi daxildir. Həmrəylik cəmiyyətdə insanları vahid orqanizmdə birləşdirmək üsulu kimi də təsəvvür edilə bilər.
Məsələnin mühüm tərəflərindən biri həmrəyliyin fərqli cəmiyyətdə fərqli məzmun kəsb etməsindən ibarətdir. İbtidai cəmiyyətlərdə həmrəylik başlıca olaraq qohumluq əlaqələri üzərində qurulub. Müasir cəmiyyətlər üçün isə müxtəlif meyarlar mövcuddur. Burada cəmiyyətin tarixi təkamülü, milli mentalitetin özəllikləri, siyasi sistemin xüsusiyyətləri, ölkənin yerləşdiyi regionun geosiyasi fərqlilikləri, tarixi-coğrafi faktorlar və s. rol oynayır.
Sosioloqların qənaətinə görə, sosial həmrəylik növü cəmiyyətin tipləri ilə tənzimlənir. Hər cəmiyyətə uyğun həmrəylik modeli ola bilər. Deməli, həmrəylik tarixi xarakterlidir - hər tarixi məqam üçün müvafiq birlik forması tapmaq lazımdır. Buna nail olmadıqda yaxşı birlik modeli belə cəmiyyəti çətin vəziyyətlərə sala bilər. Mütəxəssislərin fikrinə əsasən, orqanik həmrəylik müasir cəmiyyətlərdə olur və insanların qarşılıqlı asılılığından qaynaqlanır. Burada fərdlərin bir-birinə etimadı prinsipial rol oynayır.
Deməli, müasir cəmiyyətlərdə həmrəyliyi təmin etmək üçün xüsusi birləşdirici mexanizmlər olmalıdır. O, əsas olaraq uyğun ideoloji konseptlə bağlı olur. İdeologiya başqa faktorlarla yanaşı, etnosun dünyanın bütün guşələrində olan nümayəndələri arasında birlik yaratmağa imkan verir. Bu səbəbdən müasir cəmiyyətlər üçün düzgün ideoloji konsepsiyanın müəyyənləşdirilməsi həm müstəqil dövlətçilik, həm də vətəndaş cəmiyyəti formalaşdırmaq aspektlərində strateji əhəmiyyət kəsb edir.
Təxminən 3 il öncə dünya koronavirus bəlası ilə üzləşdi. Düzdür, bu xəstəlik hələ davam edir. Ancaq dünya dövlətləri siyasi ambisiyalarını gizlətməsələr belə, ona qarşı mübarizədə birlik nümayiş etdirdi. Koronavirusa qarşı vaksinlərin yoxsul ölkələrə pulsuz verilməsi, virusun yayılmasının qarşısını almaq məqsədilə karantin rejiminin ölkədaxili və sərhədlərdə tətbiqi həmrəyliyin nümunələrindən sayıla bilər.
Bu il fevralın 6-da Türkiyənin 10 əyalətində baş verən 7,7 maqnitudalıq zəlzələ cəmiyyətləri bir-birinə yaxınlaşdırdı. Zəlzələ Suriyaya da böyük ziyanlara səbəb oldu. ABŞ, Böyük Britaniya, Rusiya, Azərbaycan, Hindistan, Çin, Yaponiya, Pakistan, İran, Avropa İttifaqı, NATO, Türk Dövlətləri Təşkilat, dövlətləri, bir sözlə, yaxın və uzaq ölkələr yardım etdi. Bir sıra dövlətlərdə könüllü olaraq zəlzələnin nəticələrinin aradan qaldırılması üçün yardımlar toplandı.
Bəllidir ki, xəbis xislətlilər insanların həmrəyliyinə həmişə mane olub. Sevindirici hal odur ki, onların sayı çox azdır. Belələri heç insansevərlilik okeanının bir damlasını da təşkil etmir. Son illər baş verən pandemiya, Türkiyə və Suriyadakı zəlzələ sübut etdi ki, mənləşmə insanları ümumi dəyərlərdən ayıra bilməyib. Bəzən informasiya sahəsində texnoloji inqilabı insanların bir-birindən uazaqlaşmasına xidmət etdiyini söyləyirlər. Bunu inkar etmirik. Ancaq fəlakətlərin baş verməsi xəbərinin yayılmasında, onun nəticələrinin aradan qaldırılmasında İT inqilabının əhəmiyyəti də danılmazdır. Beləliklə, son illərdə baş verən hadisələr insan cəmiyyətinin ali məqsədlərə hələ əməl etdiyini bir daha isbatladı. Bu isə dünyanın gözəlliyidir...
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

