Gələcəyə hesablanmış siyasət
16.12.2023 [19:20]
“Ulu Öndər Heydər Əliyevin dediyi “Yeni Azərbaycan Partiyası dünənin, bu günün, gələcəyin partiyasıdır” ifadəsi necə ki bu gün özünü doğruldur, elə gələcək üçün də olduqca əhəmiyyətli bir şüardir. Baş verən proseslər və ölkəmizin günü -gündən inkişaf etməsi bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP-ın yürütdüyü siyasət düzgün və gələcəyə hesablanmış bir siyasətdir. Bu baxımdan 7 fevral 2024-cü il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərində İlham Əliyevin yenidən namizəd olması bir zərurətdir”. Bu fikirləri yeniazerbaycan.com-a Milli Məclisin deputatı Vüqar İskəndərov söyləyib.
Vüqar İskəndərov bildirib ki, 30 il ərzində bütün seçkilərdə prezidentliyə namizədliyi irəli sürülən şəxslərdən xalqın başlıca istəyi Qarabağ münaqişəsinin ədalətli surətdə həll olunması və Azərbaycanın işğal altında olan torpaqlarının azad olunmasından ibarət idi: “Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqlarının azad olunması və ərazi bütövlüyümüzün təmin edilməsi, xüsusilə də cari ilin sentyabr ayında keçirilmiş antiterror tədbirlər nəticəsində problemin bütövlükdə ədalətli şəkildə həll olunması Azərbaycanın gündəliyini də köklü surətdə dəyişdirdi. İndi Azərbaycanın gündəliyi münaqişə və müharibə ilə deyil, sülh və əməkdaşlıq məsələləri ilə təyin olunur. Bütün bu uğurlar isə Ulu Öndərin siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi dövründə qazanılmışdır. Bu gün ölkədə hansı sahəyə nəzər yetirsək görərik ki, orada mütləq şəkildə inkişaf var. Hər il ölkəmiz irəliyə doğru addımlayır. Bu baxımdan partiyanın İdarə Heyətinin genişləndirilmiş iclasında Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin namizədliyinin irəli sürülməsi bir zərurətdir. Qəbul edilən qərar təkcə Yeni Azərbaycan Partiyasının növbədənkənar prezident seçkilərində namizədinin irəli sürülməsi yox, bütün Azərbaycan xalqının iradəsinin ifadəsidir. Prezidentin 20 illik fəaliyyətinin hər ayı, hər ili Azərbaycanın tarixində dərin iz buraxmış nailiyyətlər, qələbələr, uğurlarla zəngindir. Azərbaycanın iqtisadiyyatının qısa bir zaman ərzində 4 dəfə artması bütün dünyada ən uğurlu gənc dövlət statusu qazanmasının əsasını təşkil edir. Eyni sözləri Azərbaycanda sosial inkişafla əlaqədar da bildirmək mümkündür. Bu mənada Azərbaycan vətəndaşları qarşıdan gələn növbədənkənar prezident seçkilərinə cənab İlham Əliyevə qəlblərində bəslədikləri vəfa borcunun ifadə olunması üçün gözəl bir fürsət kimi baxacaq”.
Xəbər lenti
Hamısına baxGündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15

