Rektor: Hazırda ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir
15.12.2023 [13:49]
ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.
AZƏRTAC xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Müəllimlərinin XVI Qurultayında çıxışı zamanı deyib.
“Əgər ilkin mərhələdə biz onları Azərbaycanın müstəqilliyinin ilk illərində elm həvəsi ilə xaricə gedən və aparıcı universitetlərdə təhsilini bitirənlər arasında tapırdıqsa, sonrakı illərdə onların sırasına Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş xaricdə təhsil üzrə Dövlət Proqramının məzunları qoşuldu.
Lakin qarşımızda duran təhsilin inkişaf prioritetlərini nəzərə alsaq, keyfiyyətli müəllim yetişdirmək missiyasını sadəcə xaricdən məzunların tapılmasından asılı edə bilmərik”, - deyə Hafiz Paşayev bildirib.
Rektor ADA Universitetinin milli irsi davam etdirərək ölkəmizdə yüksəkixtisaslı müəllimlər yetişdirmək üçün 3 ildir ki, “Bir Müəllimin Manifesti” proqramını həyata keçirdiyini qeyd edib: “Biz burada illərlə topladığımız elmi-pedaqoji təcrübəni bölgələrdəki məktəblərə və müəllimlərə çatdırmağa çalışırıq. Universitetimiz rayonlarda qabaqcıl müəllimləri ixtisasartırma üçün ADA-ya gətirir. Həmin müəllimlər, həmçinin ADA Universitetinin Vaşinqton Mərkəzində beynəlxalq təhsil təcrübəsi ilə tanış ola bilirlər.
ADA Universitetinin rektoru diqqətə çatdırıb ki, dünya iqtisadiyyatının və iş bazarının sürətlə dəyişməsi ali təhsildə yeni modellərin tətbiqini tələb edir, onun daha çevik və qısa müddətli olmasına imkan yaradır: “Gənclər qısa zamanda həm bilik, həm bacarıq qazanaraq əmək bazarına tam gərəkli olmaq istəyir. Bu məqsədlə hazırda ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir. Belə proqramlar ali təhsili xüsusilə bölgələrdəki gənclərimizə daha əlçatan edəcək.
“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” qarşımıza başlıca vəzifə kimi Azərbaycanın beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək üçün insan kapitalının hazırlanmasını qoyur. Belə rəqabət mühitində universitetlər tədqiqat və innovasiya mərkəzlərinin fəaliyyətini artırmalıdır”.
Xəbər lenti
Hamısına baxSosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42

