Azərbaycan mədəniyyəti və incəsənəti dövlətin diqqətində
15.12.2023 [10:39]
Onlar təltif edildilər
Ölkəmizdə bütün sahələr kimi mədəniyyətə, incəsənətə də dövlət tərəfindən xüsusi qayğı göstərilir ki, bu siyasətin də əsası Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda, İlham Əliyevin dövlət başçısı seçilməsindən bu günə qədər mədəniyyət sahəsinə tükənməz dövlət qayğısı göstərilir. Ümumiyyətlə, Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına xidmət edən hər bir fəaliyyət daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir.
Prezident İlham Əliyevin hakimiyyəti dövründə gördüyü işlərin böyük hissəsi məhz mədəniyyət sahəsinin inkişafı ilə bağlıdır. Bu gün çox böyük fəxrlə deyə bilərik ki, zəngin Azərbaycan mədəniyyəti dünyada yüksək səviyyədə, layiqincə təbliğ olunur və maraqla qarşılanır. Azərbaycan mədəniyyətinin çoxəsrlik tarixə malik incilərinin UNESCO-nun bəşəriyyətin nadir inciləri siyahısında yer alması da təsadüfü deyildir. Bütün bu uğurların əldə olunmasında Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrin müstəsna rolu vardır.
Öz çıxışlarında bu məqama toxunan Prezident İlham Əliyev deyir ki, bütövlükdə, mədəniyyət, incəsənət məsələlərinə həmişə olduğu kimi, böyük diqqət göstərilir və göstərilməlidir: “Bu, əvvəlki dövrlərdə də elə olub. Bilirsiniz ki, Ulu öndər Heydər Əliyev sənət adamlarına daim böyük diqqətlə yanaşırdı, onlarla daim ünsiyyətdə idi, onların fəaliyyəti ilə maraqlanırdı. Sovet dövründə onlara ən yüksək mükafatların verilməsində fəal iştirak edirdi. Müstəqillik dövründə yaradıcı insanların fəaliyyəti üçün çox böyük işlər görürdü. Bu gün də bu siyasət davam etdirilir”.
Elə bu günlərdə, yəni dekabrın 13-də Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında” Sərəncam da həmin diqqət və qayğının növbəti bariz təzahürüdür. Sərəncama əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə bu universitetin 7 əməkdaşı “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 3 əməkdaşı 3-cü dərəcəli “Əmək” ordeni, 15 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.
Həmçinin Sərəncama əsasən, Azərbaycanda təhsilin inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə universitetin rektoru Ceyran Mahmudovaya “Əməkdar incəsənət xadimi”, universitetin 9 müəlliminə “Əməkdar müəllim” fəxri adı verilib. Universitetin 4 əməkdaşına Azərbaycanda təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Təltif olunan mədəniyyət nümayəndələri bildiriblər ki, bu təltif onların yaradıcılığına stimuldur. Onlar mədəniyyətimizlə bağlı görülən işləri yüksək qiymətləndirildiyi və təltiflərə görə Prezident İlham Əliyevə təşəkkürlərini çatdırıblar.
Günel ABBAS
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

