Azərbaycanda qiymətlərin monitorinqi ilə bağlı işçi qrup yaradılır
14.12.2023 [17:04]
Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədovun sədrliyi ilə keçirilən İşçi Qrupun iclasında 2023-cü ilin yanvar-noyabr aylarında istehlak bazarında qiymətlərin dəyişməsi, o cümlədən ərzaq və qeyri-ərzaq məhsulları, əhaliyə göstərilmiş ödənişli xidmətlər, ərzaq bazarında idxal olunan məhsulların qiymət indeksi, kənd təsərrüfatı məhsullarının istehsalçı qiyməti, Hökumətin Antiinflyasiya tədbirləri, habelə ötən iclasda aidiyyəti qurumlara verilmiş tapşırıqların icrası ətraflı müzakirə olunub.
Nazirlər Kabinetindən verilən xəbərə görə, qeyd olunub ki, Dövlət Statistika Komitəsinin son məlumatına görə 2023-cü ilin yanvar-noyabr aylarında orta illik inflyasiya birrəqəmli səviyyədə 9.4 faiz, illik inflyasiya 2.6 faiz təşkil etmişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının açıqladığı son məlumata görə noyabr ayında ərzaq qiymətləri indeksi son bir ildə 10.6% ucuzlaşıb. İnflyasiyanın dinamikası xarici amillərin və həyata keçirilən antiinflyasiya siyasətinin təsirləri ilə azalıb.
İclasda ərzaq məhsulları qrupunda ən çox qiymət artımı müşahidə edilən məhsullar üzrə bazar araşdırılması, istehsal qiymətləri ilə pərakəndə satış qiymətləri arasında fərqlərin yaranma səbəbləri, istehlak qiymətləri indeksinin hesablanmasında istifadə olunan təmsilçi məhsullar üzrə idxalda təmərküzləşmə səviyyəsi, kənd təsərrüfatı məhsullarının satışı və dərman vasitələri bazarında aparılan rəqabət təhlillərinin nəticələri, idxal və yerli istehsal məhsulu əsasında təchizat zənciri boyunca formalaşan xərclər və antiinflyasiya xarakterli pul siyasəti barədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi və Mərkəzi Bank tərəfindən görülən işlərə dair məlumat verilib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən “Qiymət İzləmə Tətbiqinin” əsas prinsiplərinə dair metodoloji çərçivə sənədi təqdim olunub və bu istiqamətdə aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması məqsədəuyğun hesab olunub.
İclasın yekununda “İnflyasiya və qiymət monitorinqi” üzrə İşçi qrupun rəhbəri tərəfindən növbəti ildə də antiinflyasiya tədbirlərinin davam etdirilməsi, daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması, qiymətlərin monitorinqi və onun səbəblərinin araşdırılması, inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəsinin təmin edilməsi istiqamətində zəruri işlərin görüləcəyi qeyd olunub. Rəqabət Məcəlləsinin qəbul olunmasının da bu proseslərə müsbət təkan verəcəyi bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

