/ / İlham Əliyev Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
İlham Əliyev Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıb
13.12.2023 [15:48]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Könüllülərinin VI Həmrəylik Forumunun iştirakçılarına müraciət ünvanlayıb.
"Sizi – Azərbaycan könüllülərinin VI həmrəylik forumunun iştirakçılarını salamlayır, Beynəlxalq Könüllülər Günü münasibətilə təbrik edir və hamınıza cansağlığı, gələcək işlərinizdə nailiyyətlər arzulayıram.
Forumun Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkəmizdə elan olunmuş “Heydər Əliyev İli” çərçivəsində təşkili xüsusi əhəmiyyət daşıyır. Könüllülük hərəkatı məhz Ulu Öndərin xeyir-duası ilə geniş vüsət alaraq Azərbaycan gənclərini vahid platformada birləşdirmiş və ötən müddət ərzində ictimai həyatımızın ən müxtəlif sahələrini əhatə etmişdir. Zəngin mədəni-mənəvi dəyərlərimizi rəhbər tutan hərəkat əməli fəaliyyətində xeyirxahlıq, fədakarlıq və təmənnasız yardım kimi ali bəşəri keyfiyyətləri təcəssüm etdirmiş, cəmiyyətin etimadını layiqincə doğrultmuşdur.
Sevindirici haldır ki, könüllülərimiz bu gün yurdun hər bir guşəsində dövlət gənclər siyasətinin məqsəd və prinsiplərinə uyğun şəkildə Azərbaycanın davamlı tərəqqisinə yönəlmiş sosial təşəbbüslərə və innovativ layihələrə hamılıqla qoşulurlar. Onlar ekofəallarımızla birgə Qarabağda təbii sərvətlərimizin qanunsuz istismarına qarşı etiraz ifadə edən və uğurla nəticələnən dinc aksiyanın əsas iştirakçıları olmuşlar. Artıq onların həmçinin ölkə hüdudlarından kənarda humanitar yardım istiqamətində koordinasiyalı fəaliyyət təcrübəsi vardır.
İndi müstəqillik tariximizin inkişaf dövrünün qürurverici yeni mərhələsindəyik. İşğaldan azad edilmiş ərazilərimizdə ən qısa zamanda həyatın əvvəlki ahənginə qaytarılması üçün genişmiqyaslı işlər aparılır. İnanıram ki, Ulu Öndərin tövsiyələrini özünüzə şüar seçən siz könüllülər Vətənə və dövlətə bundan sonra da dərin bağlılıq nümayiş etdirəcək, yüksək fəallıq göstərərək Böyük Qayıdışa töhfələr verəcəksiniz."
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39

