Prezidentdən dünyaya yeni mesajlar
12.12.2023 [10:31]
“Biz beynəlxalq arenada müstəqil siyasət yürütməyi davam edəcəyik” “Qarabağ Azərbaycanın hissəsidir və bu, hamı, o cümlədən Ermənistanın özü tərəfindən etiraf edilir”, “Azərbaycan çoxmillətli ölkədir və Azərbaycandakı heç bir etnik qrupun dini və etnik zəmində heç vaxt heç bir problemi və narahatçılığı olmamışdır”. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Evronevs” televiziyasına verdiyi müsahibəsində səsləndirilmişdir və günün reallıqlarını əks etdirməklə bərabər, gələcək vəzifələrə yeni bir baxış, sülhün, əminamanlığın bərpası üçün dünyaya verilən mesajdır”.
Bu fikirləri yeniazerbaycan.com-a Milli Məclisin aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.
“Ölkəmizin başçısı fəaliyyətinin bütün dövrlərində bəşəri dəyərlərə - demokratiyaya, insan azadlığına, haqqa - ədalətə, ölkələrin suverenliyinə və müstəqilliyinə sadiqliyini nümayiş etdirmiş, Azərbaycan xalqının xoşbəxtliyi, torpaqlarımızın düşməndən azad edilməsi uğrunda mübarizə aparmışdır. Azərbaycan iqtisadiyyatını inkişaf etdirmək, beynəlxalq əlaqələri möhkəmləndirmək, ölkədə ictimai - siyasi sabitlik yaratmaq, vətəndaş həmrəyliyini təmin etmək başlıca vəzifə kimi qarşıya qoyulmuş və dövlət rəhbəri verdiyi vədi, əməli fəaliyyəti ilə doğrultmuşdur.
20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, dövlət büdcəsinin gəlirləri 20 dəfədən çox, valyuta ehtiyatları 37 dəfədən çox artmışdır. Bu illər ərzində ölkəyə 300 milyard dollardan artıq sərmayə cəlb olunmuşdur, işsizlik 50 faizdən 5.5 faizə enmişdir. 3250 dən çox məktəb, 750 tibb müəssisəsi, çoxsaylı idman - olimpiya mərkəzləri, mədəniyyət ocaqları tikilib, təmir edilib istifadəyə verilmişdi. 21 min kilometrdən artıq yol çəkilmiş, 14 min şəhid ailəsi, müharibədə sağlamlığını itirən şəxslər mənzillərlə təmin olunmuşdur.
Televiziyaya müsahibəsində Prezident İlham Əliyev iqtisadi məsələlərə önəm verməklə bərabər, Azərbaycanın beynəlxalq aləmə verdiyi töhfələrdən, Avropanın enerji təhlükəsizliyinə yardımından, alternativ enerji mənbələrinin yaradılmasından, neft hasilatının və ixracının artırılmasından, Cənub Qaz Dəhlizinin başa çatdırılması istiqamətində görülən işlərdən, Azərbaycanın müstəqil daxili və xarici siyasətə malik olmasından, etibarlı tərəfdaş kimi dünya ölkələri tərəfindən qəbul edilməsindən söz açmış və dövlətimizin bundan sonra da müstəqil siyasət yürüdəcəyinə əminliyini bildirmişdir”, - deyə millət vəkili bildirib.
“Azərbaycan Prezidenti müxbirin işğaldan olunmuş torpaqlar və Ermənistanla münasibətlərə dair suallarına bu günün reallıqları baxımından cavab verərək bildirmişdir ki, ərazilərimiz düşməndən azad olunub və regionlarda tikinti - bərpa işləri uğurla davam etdirilir. 2026 - cı ilin sonuna kimi 140 min insan öz torpaqlarında yerləşdiriləcəkdir. Ermənilər işğal etdikləri 15 min kvadrat kilometr ərazini tamamilə dağıdıb məhv etmişlər. Biz qalib olsaq da sülhün tərəfdarıyıq və Ermənistan tərəfə bunu dəfələrlə bildirmişik, ancaq onlardan konkret cavab almamışıq. Dövlətimizin rəhbəri ermənilərin Qarabağdan getməsinə münasibət bildirərək demişdir ki, Qarabağda yaşayan erməni ailələrinin hüquqlarını tanıyırıq və onlar geri qayıda bilərlər. Ancaq Ermənistandan qovulmuş 300 min soydaşlarımızın da öz doğma yurd - yuvalarına qayıtmaq haqqı vardır və qayıdışlar qarşılıqlı olmalıdır.
Prezidentimizin söylədiyi fikirlər əlbəttə ki, beynəlxalq hüququn normalarına əsaslanır və təkzib oluna bilməz. Bu müsahibə Azərbaycan dövlətinin sülh danışıqlarına, beynəlxalq prinsiplərə, humanist dəyərlərə, münasibətlərin yaxşılaşdırılmasına, dövlətimizin milli maraqlarının qorunmasına sadiqliyini bir daha göstərir və xalqımızı qürurlandırır”.
Günel Abbas
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

