Növbəti köç...
08.12.2023 [11:00]
Füzulidəki ailələrin sayı 333 oldu...
Y.SAHİB
44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbə Azərbaycanın qarşısında postmüharibə dövrünün reallıqlarına uyğun yeni çağırışlar formalaşdırıb. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpasının həyata keçirilməsi və “Böyük Qayıdış”ın təmin edilməsi prioritetdir. Bu səbəbdən də dövlətimiz işğaldan azad olunmuş torpaqlarda həyatın yenidən canlanması, oraya qayıdacaq vətəndaşların rifahının yüksəldilməsi və işlə təmini istiqamətində mühüm tədbirlər görür. Həmin bölgələrə qayıdacaq soydaşlarımızın yüksək səviyyəli, rahat və təminatlı həyat şəraiti üçün bütün infrastrukturlar yaradılır.
Dünən növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan Füzuliyə yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 80 nəfər köçürülüb.
Xatırladaq ki, indiyədək Füzuli şəhərinə 333 ailənin, yəni 1186 nəfərin daimi məskunlaşması təmin edilib.
28 yaşında Füzulini tərk etmişəm...
Füzuli sakini, keçmiş məcburi köçkün Cəmil Abbasov 1-ci Qarabağ müharibəsinin iştirakçısı olduğunu bildirib. O, qeyd edib ki, Füzulinin azad edilməsi xəbərini eşidəndə sevincinin həddi-hüdudu yox idi: “28 yaşında Füzulini tərk etmişəm. Ailəmi Füzulidən çıxardıqdan sonra da bir müddət torpaqlarımızın müdafiəsi uğrunda döyüşmüşəm. Allah Prezidentimizi var eləsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can - sağlığı versin. Məhz onların sayəsində biz doğma yurda dönürük”.
Sevinə-sevinə doğma torpağıma qayıdıram
Füzuli sakini Xatın Şirinovanın sözlərinə görə, 1992-ci ildən qaçqın və məcburi köçkün həyatı yaşayır: “Sevinə-sevinə öz yurduma, doğma torpağıma qayıdıram. Artıq övladlarım - 2 oğlum ailəsi ilə birlikdə Füzulidə yaşayır. Mən də çox sevincliyəm. Allah Prezidentimizə can - sağlığı versin ki, onun rəhbərliyi ilə torpaqlarımız işğaldan azad edildi və bizim üçün Füzulidə şərait qurulub. Allah şəhidlərimizə can-sağlığı versin, qazilərimizə rəhmət eləsin”.
Füzulimiz günü-gündən gözəlləşir, abadlaşır...
Füzuli sakini İbrahimov Bədrəddin doğma yurduna qayıtması ilə bağlı təəssüratlarını bölüşüb: “Füzulidə quruculuq işləri sürətlə davam edir və Füzulimiz günü-gündən gözəlləşir, abadlaşır. Ali Baş Komandanın səyi nəticəsində biz, qohum-əqrəba, hamısı 30 ildən sonra öz doğma yurduna qayıdır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. Hazırda mən də öz növbəmi gözləyirəm. Hamıya tezliklə öz yurduna qayıtmağı arzulayıram”.
Ən əsası torpaqlarımızın azad edilməsi idi
Füzuli sakini Rima İbrahimovanın sözlərinə görə, 30 ildən sonra artıq 57 yaşında Füzuliyə qayıdır: “Ən əsası torpaqlarımızın düşməndən azad edilməsi idi ki, bu da Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz tərəfindən həyata keçirildi. Allah Prezidentimizi var eləsin, bizi torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün səyini göstərdi. Allah şəhidlərimizi rəhmət eləsin, qazilərimizə can-sağlığı versin. İndi çox sevinirəm ki, öz yurduma, doğma elimə qayıdıram. Artıq evlə də təmin olunmuşuq”.
Diz çöküb torpağımı öpmək istəyirəm...
Füzuli sakini Simuzər Kərimova doğma yurduna qayıtdığına görə çox sevincli olduğunu deyir: “Füzuliyə çatdığımda diz çöküb torpağımı öpmək istəyirəm. Qürur hissi keçirirəm. Torpağımıza, vətənimizə gedirik. Bu günümüzə çox şükürlər olsun. Füzulini kədərlə, göz yaşları ilə tərk etmişəm. Allah Prezidentimizə, ordumuza can-sağlığı versin ki, bizə bu sevincli günləri yaşadırlar. Hər zaman xalqımızın öz arzularının gerçəkləşməsini diləyirəm”.
Sevinirəm ki, doğmalarımın qəbrini ziyarət edəcəyəm
Keçmiş məcburi köçkün, Füzuli sakini Mübariz Babayevin sözlərinə görə, Füzuliyə qayıtdığı üçün sevincinin həddi-hüdudu yoxdur və bundan sonra vətən həsrəti ilə yaşamayacaq: “Sevinirəm ki, doğmalarımın, anamın, babamın, nənəmin qəbirlərini ziyarət edəcəyəm. Prezidentimiz İlham Əliyevə can-sağlığı arzulayırıq. Onun rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etdi”.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

