Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycandan Ukraynaya növbəti humanitar yardım

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım

08.12.2023 [10:34]

Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bu gün göndərilib.

Bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin ədəd komplekt transformator məntəqəsi daxildir.

Xatırladaq ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri cari ilin 30 oktyabr və 21 noyabr tarixlərində Ukraynaya göndərilib. Növbəti hissələrin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.

Paylaş:
Baxılıb: 473 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31