“Azərbaycanda din: ən qədim dövrdən bu günədək” kitabı rus dilində nəşr olunub
05.12.2023 [17:21]
Görkəmli yazıçı-publisist, ictimai-siyasi xadim Hidayət Orucovun “Azərbaycanda din: ən qədim dövrdən bu günədək” adlı kitabı rus dilində nəşr olunub. Kitab ilk dəfə 2012-ci ildə Azərbaycan dilində çap edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan dinşünaslığında dinlərin tarixini bütövlükdə özündə əks etdirən ilk fundamental monoqrafiya 4 böyük bölmədən ibarətdir. “Qədim və orta əsrlərdə Azərbaycanda dövlət və din münasibətləri”, “Yeni dövrdə Azərbaycanda dövlət və din münasibətləri”, “Ən yeni dövrdə Azərbaycan Respublikasında dövlət və din münasibətləri” adlı bölmələrdə dövlət-din münasibətlərinin ayrı-ayrı ictimai-siyasi formasiyalar sistemində özünəməxsus keyfiyyətlər qazanaraq böyük intibah dövrü keçməsi, onun müstəqil Azərbaycan Respublikasının timsalında formalaşmış tarixi xronologiyası mükəmməl şəkildə təqdim olunur. Həmçinin nəşr Azərbaycanda dövlət-din münasibətlərinin tarixi, müxtəlif dinlərin yayılması və onların müasir vəziyyəti, o cümlədən ölkə ərazisində mövcud olan dövlətlərin din siyasəti barədə obyektiv məlumatlar əldə etmək imkanı yaradır.
Əsərin böyük bir hissəsi dövlətin həyata keçirdiyi din siyasəti problemlərinin işıqlandırılmasına həsr edilib. Kitabda Ümummilli Lider Heydər Əliyevin müstəqil milli dövlət quruculuğu sahəsində işləyib hazırladığı din siyasəti, dini etiqad azadlığının təmin olunması, milli-mənəvi dəyərlərimizin qorunması, tarixi, dini abidələrimizin bərpası və dini dözümlülük ənənəsinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən geniş söhbət açılıb. Həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi istiqamətində atılan addımlara diqqət yetirilib.
Qeyd edək ki, monoqrafiyaya tarixi-dini məbədlər barədə məlumatlar və fotolar da daxildir. Kitabın redaktorları ilahiyyatçı Gündüz İsmayılov, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov, filologiya üzrə fəlsəfə doktoru Elçin Cabbarov, tərcüməçisi isə Azərbaycanın Əməkdar jurnalisti Əli Səidovdur.
Rusdilli oxucu kütləsi üçün nəzərdə tutulan kitab dinlə əlaqəli tədqiqat aparan mütəxəssislər, dinşünaslar, ilahiyyatçılar, eləcə də ali məktəb müəllimləri və tələbələri üçün qiymətli töhfədir.
Kitab Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Bakı şəhəri Yevangelist Məsihi Baptistlərinin “Aqape” dini icması tərəfindən çap olunub.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

