77 il öncə...
05.12.2023 [11:10]
BMT-nin Baş Qərargahı necə yarandı?
1945-ci ildə Birləşmiş Millətlər Təşkilatı (BMT) yaradılarkən təşkilatın dünyanın yeganə ümumdünya institutu kimi mövcud çətinliklərin qarşısını alacağı qeyd olunmuşdu. Bu gün Baş Qərargahı Nyu-York şəhərində yerləşən BMT-yə aid bina kompleksi yaradılmasından 77 il ötür. Binanın planı Volles Harrisonun rəhbərlik etdiyi heyət tərəfindən hazırlanıb və “Harrison & Abramovits” memarlıq şirkəti tərəfindən inşa edilib. Kompleks 1952-ci ildə inşası başa çatdıqdan sonra BMT-nin rəsmi baş qərargahı kimi fəaliyyət göstərib.
Baş Qərargahda Baş Məclis və Təhlükəsizlik Şurası da daxil olmaqla BMT-nin əsas qurumları yerləşir, Beynəlxalq Ədalət Məhkəməsi isə Haaqadadır. BMT-nin üç əlavə, köməkçi, regional qərargahı, başqa sözlə, qərargah bölgələri də var. Bunlar 1946-cı ildə Cenevrədə (İsveçrə), 1980-ci ildə Vyanada (Avstriya) və 1996-cı ildə Nayrobidə (Keniya) açılıb. Bu əlavə ofislər BMT-nin maraqlarını təmsil edir, diplomatik fəaliyyətə kömək edir və müəyyən eksterritorial imtiyazlara malikdir, lakin əsas orqanların yerlərini tutmur.
Nyu-Yorkda yerləşsə də, Birləşmiş Millətlər Təşkilatının qərargahının yerləşdiyi torpaq və tutduğu bina sahələri ABŞ hökumətinin deyil, Birləşmiş Millətlər Təşkilatının təkbaşına nəzarətindədir. Bu sahələr ABŞ hökuməti ilə bağlanan müqaviləyə əsasən, texniki cəhətdən eksterritorialdırlar. Bununla belə, yerli polis, yanğından mühafizə və digər xidmətlər qarşılığında Birləşmiş Millətlər Təşkilatı yerli, dövlət və federal qanunları qəbul etməyə razılaşır.
BMT-nin müxtəlif qurumlarının toplantıları çox zaman Baş Qərargahdan kənarda təşkil olunur. Məsələn, İqtisadi və Sosial Şura iki mütəmadi illik sessiyalarından birini Cenevrədə keçirsə də, Baş Assambleyanın xüsusi komitələri öz görüşlərini tez-tez dünyanın müxtəlif ölkələrində təşkil edirlər. Əhali, ərzaq, ətraf mühit və insan hüquqları mövzularına həsr edilmiş konfranslar dünyanın müxtəlif yerlərində keçirilir.
1962-ci ilədək BMT-nin fəaliyyəti o qədər artmışdı ki, artıq qərargah təşkilatın bütün tədbirlərinə ev sahibliyi edə bilmirdi. Nəticədə BMT yaxınlıqdakı ofis sahəsini icarəyə götürmək niyyətinin olduğunu açıqladı. Üç il sonra BMT Uşaq Fondu (UNİCEF) və BMT-nin İnkişaf proqramı (UNDP) 2 BMT Plazada yerləşən icarəyə götürülmüş ofisə köçdü. İllər keçdikcə isə BMT-nin heyəti artmaqda davam edirdi: 1969-cu ilədək Nyu-York qərargahında təşkilatın 3,500 əməkdaşı çalışmaqda idi. BMT 485 Leksinqton Prospektində və qərargahdan üç məhəllə qərbdə yerləşən Krausler İst kompleksində əlavə obyekt icarəyə götürdü. Təşkilat, həmçinin 41-ci və 42-ci küçələr arasında yeni bir saxlama binası qurmaq niyyətini də elan etdi. BMT-nin qeyd edilən mülklərindən heç biri qərargaha verilmiş ekterritoriallıq statusunu almadı.
BMT ərəb, çin, ingilis, fransız, rus və ispan dillərini özünün altı rəsmi dili kimi müəyyən edir. Bu dillərdən hər hansı birində danışan nümayəndələrin çıxışları digər dillərə sinxron tərcümə edilir və bu məqsədlə iştirakçılar qulaqlıqla təmin edilirlər. Nümayəndənin qeyri-rəsmi dildə çıxış etməsinə icazə verilir, lakin o, ya tərcüməçinin iştirakını, ya da rəsmi dilə tərcümə edilmiş ifadələrinin yazılı surətini təmin etməlidir. İngilis və fransız dilləri BMT Katibliyində gündəlik ünsiyyət zamanı çox istifadə edildiyindən, həm də Baş qərargahda işarələrin əksəriyyəti bu dillərdə olduğundan Katibliyin işlək dilləri hesab olunur.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxSosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18

