Bakı metrosunda əlillər üçün hansı şərait var?
30.11.2023 [11:55]
M.BAYRAMLI
Dünyada bir milyarddan çox sağlamlıq imkanları məhdud insan var. Bu da dünya əhalisinin 15 faizinə bərabərdir. Belə şəxslərə qarşı hər zaman diqqətli və həssas olmalıyıq. Onlara qayğı göstərməliyik. Əlillik hər kəsin birgə diqqətini və səyini tələb edən bir problemdir. Əlil vətəndaşların sosial vəziyyəti, onların da cəmiyyətin bir parçası olduqlarını, sosial həyatda bərabərhüquqlu və məhsuldar fərdlər olduqlarını dərk edərək onların problemlərinin həlli yollarını tapmaq hər kəsin borcudur.
Bu məqsədlə də onların Bakı Metropolitenində “Əlçatan metro” layihəsi çərçivəsində əlil arabası istifadəçilərinin rahatlığına xidmət edəcək daha iki yeni tipli qurğu istifadəyə verilib. TEMI qurğusu əlil arabalarının eskalatorlarda istifadəsi üçün nəzərdə tutulub. Sankt-Peterburq metrosunda istismar olunan bu qurğu modernləşdirilərək yenidən hazırlanıb. Sənaye təhlükəsizliyi ekspertizasının müvafiq rəyindən sonra metro eskalatorlarında istifadə üçün təhlükəsiz və uyğun hesab edilib. Qurğu Rusiya Nəqliyyat Nazirliyi tərəfindən dövlət satınalmaları üçün rəsmi tövsiyə olunur və innovativ texnologiyaların siyahısına daxil edilib. Avadanlığın istehsalında hidravlik və elektromexaniki sistemlərdən istifadə olunmayıb. Çəkisi 45 kq-dır. Lakin sərnişinlə birlikdə çəkisi 115 kq-dək olan əlil arabaları və digər daşıma qurğularının istifadəsi üçün nəzərdə tutulub. Qurğunun müxtəlif növ əlil arabaları üçün tənzimlənən pandusları, xüsusi bərkitmə elementləri, əlavə təhlükəsizlik platforma avtoblokatoru, təhlükəsizlik kəməri, işıq xəbərdaredici siqnal göstəricisi, habelə, cihazı qaranlıqda nəzərəçarpacaq edən lüminessent örtüyü var. Yeni texniki qurğunun texniki sınaqları uğurla aparılıb.
Yeri gəlmişkən qeyd edək ki, dünyanın ən qabaqcıl rels sistemlərindən biri olan Dubay Metrosunda əlilliyi olan insanlar üçün stansiyaların bütün mərtəbələrində liftlər var. Bütün qatarlarda əlil arabaları üçün ayrılmış yerlər də mövcuddur. Eləcə də görmə qabiliyyəti zəif olanlar üçün xüsusi toxunma bələdçiliyi və yanıb-sönən işıq siqnalları, habelə qapıların açılıb bağlanması zamanı səs siqnallarından istifadə olunur.
Qardaş Türkiyənin İzmir şəhərində də eşitmə qüsurlu sərnişinlər üçün “Ağıllı Eşitmə Sistemi” səs ayırıcı sistemi istifadəyə verilib. Bu sistem bütün stansiyalardakı xəbərdarlıq və məlumat anonslarını ətrafdakı digər səs və uğultulardan təcrid edir və eşitmə məhdudiyyətli şəxslərin istifadə etdiyi cihaza birbaşa ötürür. Belə ki, əlil sərnişinlər səsləri aydın eşidir və hər cür xəbərdarlıq və elanları qəbul edirlər. Bu sistem İzmir ilə yanaşı, dünyada yalnız London, Honq-Konq, Paris və Sidney metrolarında mövcuddur.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

