Saniyə göstərən işıqforlar niyə gəldi, niyə getdi?
28.11.2023 [10:37]
M.BAYRAMLI
Qırmızı, sarı və yaşıl... İlk işıqforun istifadə olunmasından 100 ildən çox vaxt keçir. Artıq o hər bir insanın həyatının gündəlik hissəsinə çevrilib. Onların texnologiyası, görünüşü və idarə edilməsi dəyişsə də, funksiyası dəyişməz olaraq qalır. Milyonlarla həyatı və şəhərləri xaosdan xilas edir.
Tarixə nəzər salsaq, işıqfor 1868-ci ildə ilk dəfə olaraq Londonda Parlament binasının yanında quraşdırılıb. Məqsəd xüsusən də gecə vaxtı oradakı yol polisinə kömək etmək olub. Cihazın üzərində rəngli lampalar olub. Cihaz içərisindəki qaz sayəsində işıqlandırma təmin edilib. İşığın rəngi üzərindəki qırmızı və yaşıl rəng linzaların köməyi ilə dəyişdirilib. Polis məmuru bu cihazın birləşdirildiyi dirəyin yanında dayanıb və dirəyin biraz altındakı qolunun köməyi ilə rəngli qolları və işıqları nəqliyyata tərəf çevirə bilib. Qazla işləyən bu innovativ işıqfor 2 aydan sonra partlayıb və ondan istifadə edən polis əməkdaşı yaralanıb.
İlk 3 rəngli işıqfor isə 1920-ci ildə Nyu York və Detroytda quraşdırılıb. Yaradıcıları isə Jon F. Xarris və Uilyam Potts olub. Hər bölmə ayrı bir lampa ilə işıqlandırılıb və müxtəlif rəngli siqnal linzaları ilə təchiz edilib. Qırmızı və yaşıl rənglərə əlavə olunan sarı işıq isə sürücülərə işıqforun dəyişdiyi barədə xəbərdarlıq edib. Tezliklə Avropanın ən böyük şəhərləri də bu təcrübədən yararlanıb. İşıqfor quraşdırılan ilk Avropa ölkəsi 1922-ci ildə Fransa olub. Eləcə də 1924-cü ildə Berlində, 1925-ci ildə Milanda, 1926-cı ildə Romada, habelə işıqforun vətəni sayılan İngiltərədə 1927-ci ildə elektrik işıqforlarından istifadə edilib. Keçmiş Sovetlər İttifaqında isə işıqfor ilk dəfə 1930-cu il 25 Oktyabrda Leniqradda (Sankt Peterburq) quraşdırılıb.
Dünyanın demək olar ki, hər bir şəhərində trafik axınını idarə etmək üçün svetoforlardan istifadə edilib. Ölkəmizdə də yeni növ işıqforlar quraşdırılıb. Digərlərindən fərqi elektrik enerjisinə 80 faizə qədər qənaət etməsidir. Hətta bir müddət əvvəl Bakı şəhərində saniyəölçən işıqforlar da quraşdırılmışdı. Amma üstündən az keçməmiş həmin işıqforlar yığışdırıldı. Hazırda Bakı şəhərində saniyə ilə işləyən işıqfor yoxdur. Səbəbi isə heç kəsə məlum deyil. Deyilənə görə, rəqəmli, rəqəmsiz və ya işıqla işləyən işıqforların fərqi yoxdur. Lakin mahiyyət tam fərqlidir.
Sayğaclı işıqforlar sürücünün bir növ dostu idi. Sürücü ilə piyada arasında münasibətlərin pozulmamasına yol açırdı. Piyada yaşıl işığın neçə saniyə sonra sönəcəyini bildiyi üçün yolu keçərkən ona görə hərəkət edirdi. İndi isə əksər hallarda saniyəni düzgün hesablaya bilmir və dərhal yaşıldan qırmızıya keçdiyi üçün piyada yolun ortasında qalır. Bu da həm sürücüyüə, həm də piyadaya çətinlik yaradır. Məsələ orasındadır ki, sürücülər üçün sarı işıq var, amma piyadalar üçün yoxdur.
İşıqfor –unikal qurğudur. Amma həyatda ideal heç nə olmadığı kimi işıqforlar da ideal deyil və bəzən ağır qəzalara səbəb ola bilər Hər şey insan psixologiyasından qaynaqlanır – yaşıl işığın yanıb-söndüyünü görən sürücü “bəlkə çataram” düşüncəsi ilə sürəti artırır. Youtube-da bu düşüncə ilə keçmək istəyənlərin sonunun necə olduğuna dair minlərlə video var. 95% hallarda qəza ilə sonlanır. Məhz bu səbəbdən kiçik kəsişmələrdə işıqfor yerinə, dairəvi hərəkət, qaldırılmış piyada keçidləri və üstünlüksüz keçidlər təşkil olunmalıdır. Sürətin fiziki məhdudlaşdırılması bütün hallarda işləyir və işıqfordan ucuz başa gəlir. Hollandiyanın bəzi şəhərlərində isə işıqforları tamamilə söndürüblər və qəzalar təbii olaraq azalıb.
Xəbər lenti
Hamısına baxElm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59

