Saxta “vəsiqə”lilər və “jilet”lilərə xatırlatma...
16.11.2023 [10:00]
MEDİA Reyestri peşəkar mətbuatın inkişafı yolunda mühüm addımdır
Ölkəmizdə uğurla həyata keçirilən, inkişafı və islahatı hədəfləyən dövlət siyasəti bütün sahələrdə mühüm nailiyyətlərin əldə olunmasına yol açıb. Təbii ki, bu, həm də ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin uğurlu icrasının nəticəsidir. Yeni, müasir çağırışları özü üçün prioritet sayan, bu çağırışlara cavab verən adekvat addımları ilə seçilən Azərbaycanın qalibiyyət formulu məhz islahata və yenilənməyə əsaslanır. Bu mənada, ötən il qəbul olunmuş Media Haqqında Qanun xüsusi əhəmiyyət kəsb edir. Qanunda müasir standartlara əsaslanan mühüm yeniliklərə imza atılıb - bu yeniliklər isə ölkəmizdə medianın inkişafına əsaslı təsirini göstərməkdədir. Söz azadlığı prinsipinin qorunduğu, müstəqil mətbuatın inkişafına qayğı göstərildiyi ölkəmizdə yeni prinsiplər əsasında mühüm perspektiv hədəflənib - mətbuatın fəaliyyətində şəffaflığın təmin olunması, peşəkarlığa riayət edilməsi kimi əsaslı faktorlar mütləq şəkildə nəzərə alınır.
Qanunun tələbi kimi meydana çıxan Media Reyestrinin formalaşdırılması da bu qayədəndir. Qanunun 8-ci fəslinin 73-cü maddəsində Media Reyestrinin yaradılmasının səbəbləri izah olunur. Bildirilir ki, Reyestr Azərbaycan Respublikasında media subyektlərinə, o cümlədən onların redaksiyalarına, habelə jurnalistlərə dair məlumatların sistemləşdirilməsi məqsədilə yaradılır. Media Reyestrinin aparılması qaydaları isə ötən ilin sentyabrında Prezident İlham Əliyevin imzaladığı müvafiq Fərmanla təsdiq olunub.
Ali təhsili olmayan jurnalistlər Media Reyestrinə daxil edilməyəcək. Bu, Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş “Media Reyestrinin aparılması Qaydaları”nda əksini tapıb. Məsələn, qaydaya əsasən, ali təhsili olmadıqda Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlərin Reyestrə daxil edilməsindən imtina edilir. Mülki müqavilə ilə işləyən jurnalistlər bu hallarda daxil edilmir. Qaydalarda həm də müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalistlərin hansı hallarda Media Reyestrinə daxil edilməyəcəyi məlum olub. Belə ki, fərdi sahibkar kimi vergi uçotuna alınmadan fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə çalışanların Reyestrə daxil edilməsindən imtina olunacaq.
Maraqlıdır ki, Media haqqında yeni qanun və qanunun tələbləri deyəsən bəzi “beynəlxalq” təşkilatların işinə yaramayıb. Bunun nəticəsi olaraq isə, qanunun, media reyestrinin hədəfə alınması üçün hətta “qrant layihələri” ayırmağa qərar veriblər.
Təəssüfləndirici, həm də real faktdır ki, ötən dövrlərdə media adı altında fərqli fəaliyyətlərlə məşğul olan, reketlik, şantaj kimi qanundankənar davranışlar sərgiləyən bəzi şəxslər elə “media çətiri” altında gizlənirdilər. Qanunsuz yollarla ələ keçirdikləri “vəsiqə” və ya “jiletlər”lə özünü “media mənsubu” kimi qələmə verənlərin əsl məqsədləri ortada idi - onlar hədə - qorxu yolu ilə korrupsiya və ya rüşvət yığırdılar. Hətta müasir texniki vasitələrdən istifadə etməklə “telefon jurnalistikası” və ya “sosial şəbəkə jurnalistikası” kimi “anlayışlar” da formalaşdırmışdılar - amma təcrübə göstərir ki, bu kimi anlayışlar peşəkar media ola bilməz. Peşəkar medianın özünün formalaşma şərtləri mövcuddur. Məhz Reyestr amili peşəkar jurnalistika ilə qondarma jurnalistikanın sərhədlərini müəyyənləşdirir.
Qeyri - peşəkar, öz şəxsi maraqlarına xidmət edən “fəaliyyətlərini” media və ya jurnalistika ilə calaşdırmaq istəyənlərin artıq “oxu daşa dəyir”. Onların “media mənsubu” adı altında çıxdıqları oyunlar ifşa olunur - heç bir oxucu “kütləsi” olmayan bu kimi qeyri-peşəkar, reketliyə istiqamətlənmiş “saytların” “peşəkarlığı” yazdıqları yazılardan da bəlli olurdu.
Artıq zaman dəyişib - yeni qanunun icrası nəticəsində dövran da dəyişib. Media Reyestri normal, qanun əsasında fəaliyyət göstərən media qurumlarının, jurnalistlərin qeydiyyatını aparır. Prosesin gedişində təbii olaraq qeyri-qanuni fəaliyyətindən əl çəkməyən “media” və “jurnalistlər”lə problemlər ortaya çıxır. Fəaliyyətini yeni qanun əsasında qurmaq istəməyən subyektlərin fəaliyyətinin məhdudlaşdırılması üçün MEDİA Agentliyi tərəfindən məhkəmədə iddialar qaldırılır. Bu şəbəkənin birdəfəlik sıradan çıxarılması məsələsində dövlət də, cəmiyyət də, əsl jurnalistika da eyni mövqedən çıxış edir. Proses ümumilikdə cəmiyyətimizin inkişafına mühüm təsir göstərəcək - sağlam media sağlam cəmiyyətin təməl prinsiplərindəndir. Bu mənada mediamızın sağlamlaşdırılması üçün hər birimiz səfərbər olmalıyıq...
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

