2003-cü ildən qoyulan HƏDƏF
09.11.2023 [19:45]
2003-cü il prezident seçkilərində cənab İlham Əliyevin qələbəsindən sonra HƏDƏF dövrü başladı. Ulu öndər Heydər Əliyevin başlanğıcını qoyduğu uğurlu neft strategiyasından tutmuş hərbi sənaye kompleksinədək hər bir sahə HƏDƏFə çatmağın strateji istiqamətlərinə çevrildi. Hər bir təşəbbüs və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunması HƏDƏFinə xidmət etdi.
Ağır həyat şəraitində yaşayan məcburi köçkünlərlə ilk görüşlərdə, onların həyat şəraitlərini yaxşılaşdırmaq üçün tikilmiş hər bir binanın açılışındakı söhbətlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması HƏDƏFi olub.
ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona hesabat xarakterli səfərləri ərzində danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan lideri açıq şəkildə onların bir işə yaramadıqlarını və dövlətimizin öz suveren ərazi bütövlüyünü bərpa edəcəyini vurğulayırdı. Hərb tarixini mükəmməl bilən və sərkərdəlik strategiyasının sirlərini mənimsəyən Ali Baş Komandan İlham Əliyev ordu quruculuğunu dövlət siyasətinin prioritet istiqaməti etdi. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alındı. HƏDƏFə yönəlik hərbi sənaye kompleksinin yaradılması, qısa müddət ərzində bu sahənin beynəlxalq sərgilərində ölkəmizin öz imicini formalaşdırması hərbi qüdrətimizin göstəricisi idi. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Milli Ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması daim Ali Baş Komandanın diqqət mərkəzindədir.
Bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələr ilə regionda tamamilə yeni iqtisadi mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın deyil, bir çox ölkələrin, o cümlədən, region ölkələrinin maraqlarını təmin edir. Beləcə, Azərbaycanın beynəlxalq nüfuzu gücləndi, ölkəmiz Avropanın enerji təhcizatçısına çevrildi. HƏDƏFə çatmaq üçün uğurlu xarici siyasəti prioritet hesab edən İlham Əliyevin qətiyyətli mövqeyi yeni tərəfdaş ölkələrin sayının artmasına səbəb olmuş, beynəlxalq təşkilatlarda Azərbaycanın haqq səsini müdafiə edən ölkələrin sayı artmışdı. Münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək münaqişənin həlli üçün hüquqi baza hazırlanıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib.
Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmişdir. BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik göstərmişdi. 2003-cü ildən bu yana, torpaqlarımızın işğaldan azad olunacağını həm ölkə daxilində, həm də beynəlxalq arenada prinsipallıqla təkrar edən Prezident İlham Əliyev hər sözünün arxasında duran rəhbər imici formaldıraraq, tarixi ədaləti və beynəlxalq qanunları bərpa etmək və HƏDƏFə çatmaq üçün 2020-ci ilin payızında qarş tərəfin təxribatlarna cavab reaksiyası olaraq, hücum əmrini verdi və 44 gün ərzində Azərbaycan torpaqları işğaldan azad edildi. İrəvanın kapitulyasiya təklifi yenə də ölkəmizin humanizm yanaşması əsas götürülərək qəbul edildi. Tərəflər arasında üçtərəfli Bəyanat imzalanaraq, bundan sonrakı problemlərin həlli üçün qarşı tərəfə vaxt verildi. Təəssüf ki, verilən bu vaxtdan da Ermənistan öz xeyrinə istifadə etməyi bacarmadı. Sonuncu 23 saatlıq anti-terror tədbirləri bir daha ordumuzun qüdrətini, liderimizin qətiyyətini nümayiş etdirdi. 2023-cü il 15 oktyabr tarixində HƏDƏFə tam nail olundu, Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı.
XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. Hərbi ekspertlərin xüsusi vurğuladığı nüanslardan biri Prezident İlham Əliyevin Ali Baş Komandan kimi professional Sərkərdəlik bacarığıdır. Həqiqətən də, azğın düşmən, onun havadarlarının canfəşanlığı konteksində, dağlıq-qayalıq relyefdə müharibəni taktiki gedişlərlə idarə etmək, qərar və əmrləri vaxtında vermək, diplomatiya ilə Ali Baş komandanlığı paralel aparmaq hər Sərkərdəyə müəssər olmayan xüsusiyyətlərdir. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Bəli, Prezident İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirən, qarşıya qoyulan bütün HƏDƏFlərə çatan və prinsipal mövqeyi ilə dost ölkələrin rəğbətini, dost olmayanların isə həsədini qazanan Lider kimi, Ali Baş Komandan kimi, Sərkərdə kimi tarixə düşdü.
Züriyə Qarayeva
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22

