Bizə Zəfər yaraşır!
08.11.2023 [11:10]
Möhtəşəm qələbəmizin yürüşü...
08.11.2020. Tariximizin silinməz səhifəsinə çevrilən yeni bir təqvim. Azərbaycanın incisi Şuşa şəhərinin işğaldan azad edildiyi gün. 2020-ci il sentyabrın 27-dən etibarən Prezidentin rəhbərliyi altında Azərbaycan Ordusu torpaqlarımızı azad etmək məqsədilə başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi.
44 günlük zəfər yürüşü, haqq-ədalətin bərpa prosesi Şuşa ilə taclandırıldı. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdi.
Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın
8-i Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı.
Bu uğur, bu qələbə naminə igidlərimiz vuruşdu, Şuşa qalasını dişi ilə, dırnağı ilə fəth etdi. Hər bir azərbaycanlının qəlb yarasına çevrilən Şuşa adlı yaramız sağaldı deyə bükülmüş boynumuzu dikəltdik. Qələbə ilə gələn gecə uzun oldu. Prezidentin müraciətindən sonra qələbə sevincini yaşamaq üçün qalib ölkənin vətəndaşları gecənin bir yarısı sevincini hayqırmaq üçün küçələrə axışdı. Bu şad xəbəri hər kəs böyük coşqu və sevinclə qarşıladı. İnsan selinə qərq olan küçələrdə uşaqdan böyüyə hamının simasında qürur hissi, qələbə sevinci, Vətən sevgisi var idi.
Gecənin zülmətinə göy, qırmız, yaşıl bayraqların ayı, ulduzu işıq salırdı. O gün hər bir azərbaycanlı ömrünün ən qürurlu anlarını yaşadı. Azərbaycanımızın hər evindən, hər elindən, hər küçəsindən gəldi zəfər səsləri. Qarabağ sevgisi Azərbaycan sevgisinə döndü.
İlk Zəfər yürüşü Laçında oldu...
Bu il birinci Zəfər yürüşü Laçında baş tutdu. Noyabrın 6-da Elm və Təhsil Nazirliyi və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Laçında “Bayraq yürüşü” keçirilib. Əvvəlcə Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar tədbir keçirilib. Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb. Çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən söhbət açıb, azad olunan torpaqlarımızda sürətli tikinti-quruculuq işlərinin görüldüyünü vurğulayıblar.
Daha sonra yürüşə start verilib. Əsgərlər Dövlət Bayrağını 3 kilometrdən artıq yol qət edərək seyrangah adlanan əraziyə gətiriblər. Yürüş zamanı hərbi orkestrin ifasında vətənpərvərlik mahnıları səsləndirilib. Yürüşdə, ümumilikdə, 200-dən çox insan iştirak edib. Yürüş laçınlılar tərəfindən maraqla qarşılanıb.
Bakıda 4 marşrut üzrə yürüş...
Bu gün isə Bakıda Zəfər Günü yürüşü olacaq, bəzi yollar bağlanacaq. Səhər saat 09:00-dan saat 13:00-a qədər Bakı şəhərinin müxtəlif küçə və prospektlərində hərbi orkestrin müşayiəti ilə şəxsi heyətin yürüşü nəzərdə tutulur. Tədbirlər dörd marşrut üzrə nəzərdə tutulub. Birinci marşrut Heydər Əliyev Sarayı, Bülbül prospekti, Nizami Kino Mərkəzi, Neftçilər prospekti, Azadlıq meydanı, “Amay” Ticarət Mərkəzidir. İkinci marşrut Şəhidlər xiyabanı, Alov Qüllələri kompleksi, İçərişəhər metrosu, Qala Qapısı, Azərbaycan Dövlət Kukla teatrı, “Azneft” dairəsi, “Bəhram Gur” heykəli olacaq. Üçüncü marşrut Q.Musabəyov parkı, Əbdürrəhman bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Hüseyn Cavid parkı, Parlament prospekti, Şəhidlər Xiyabanı. Dördüncü marşrut “Olimpik Star” İdman və Əyləncə Mərkəzi, Səməd Vurğun küçəsi, Zabitlər parkı, Bakı Dövlət Sirki, Heydər Əliyev Sarayı, İ.Nəsimi heykəli, Neftçilər prospekti istiqamətində olacaq.
Bundan başqa, ölkəmizin ərazi bütövlüyünün bərpasının, əzəli və əbədi torpaqlarımızın azadlığının təcəssümü olan Zəfər Günü münasibətilə bir çox dövlət qurumlarında silsilə təbdirlər baş tutub. Belə ki, 8 Noyabr - Zəfər Günü ilə bağlı Baş Prokurorluqda tədbir keçirilib. Tədbirdə Vətən torpaqlarının azadlığı uğrunda şəhid olmuş hərbçilərin və mülki vətəndaşların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Baş prokuror Kamran Əliyev prokurorluq əməkdaşlarını, prokurorluğun veteranlarını və xalqımızı bayram münasibətilə təbrik edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrində də Zəfər Günü ilə bağlı tədbirlər keçirilib. Təhsil müəssisələrində Zəfər Gününə həsr olunmuş konfranslar, seminarlar, mühazirələr, dəyirmi masalar, “açıq dərs”lər, vebinarlar, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri təşkil olunub.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxAnalitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45

