“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçirilib
04.11.2023 [14:46]
Günel
Noyabrın 4-də “İRƏLİ” İctimai Birliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olunmuş “Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçirilib.
yeniazerbaycan.com xəbər verir ki, Azərbaycan Gənclər Fondu, Təhsilin İnkişafı Fondu, Gənclər Təşkilatları Milli Şurası (NAYORA) və “Bir Könüllü” Tələbə Təşkilatının tərəfdaşlığı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirin rəsmi hissəsində “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı, Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə, Gənclər və İdman Nazirliyinin İctimai inkişaf sektorunun müdiri Elşən Qəhrəmanov, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini vəzifəsini icra edən Nərgiz İsmayılova, Azərbaycan Gənclər Fondunun Gənclərlə iş şöbəsinin əməkdaşı Emil Yusifov və Abşeron rayon Masazır kənd 5 nömrəli tam orta məktəbin müəllimi, Vətən müharibəsi qazisi Rəsul İbrahimli çıxışları zamanı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində Azərbaycan ordusunun qazandığı tarixi qələbədən söhbət açıblar. Bildirilib ki, ikinci Qarabağ müharibəsində əldə olunmuş zəfər ordumuzun gücünün, xalqımızın birlik və həmrəyliyinin bariz təcəssümü idi.
Cari il, sentyabrın 19-da Azərbaycan ordusunun başlatdığı lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkə ərazisində suverenliyin bərpa olunduğunu qeyd edən natiqlər bütün bu proseslərin təməlində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən dövlət siyasətinin dayandığını diqqətə çatdırıblar.
Tədbirin bədii hissəsində Azərbaycan Milli Konservatoriyanın tələbələrindən ibarət “Milli Avaz” xor kollektivi və “Buta” xalq çalğı alətləri orkestrinin ifasında görkəmli Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları və instrumental musiqi nümunələri təqdim olunub.
Qeyd edək ki, tədbirin əsas məqsədi müasir dövrdə müxtəlif ideologiyaların təsiri fonunda gənclər arasında milli düşüncəni qoruyub saxlamaq, onların vətənpərvər ruhda yetişməsinə nail olmaq, şəhid və qəhrəmanlarımızı tanıtmaq, eləcə də, onların keçdiyi tarixi zəfər yolunu təbliğ etmək və xatirələrini daim uca tutmaqdır.
Xəbər lenti
Hamısına baxMədəniyyət
26 Avqust 16:56
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
İqtisadiyyat
26 Avqust 10:58
Sosial
26 Avqust 10:37
İqtisadiyyat
26 Avqust 10:20
Analitik
26 Avqust 09:56
Analitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36

