Zəfər Günü mədəniyyət ocaqlarımızda
03.11.2023 [11:54]
M.BAYRAMLI
Zəfər Günü münasibətilə paytaxtda və bölgələrdə silsilə tədbirlər keçiriləcək. Xalqımızın Zəfər Gününü xoş keçirməsi üçün bir-birindən maraqlı konsert proqramları və tamaşaların nümayişi nəzərdə tutulub.
Noyabrın 8-də Beynəlxalq Muğam Mərkəzində konsert proqramı təqdim olunacaq. Zəfər gününə həsr olunmuş konsert, eyni zamanda mərkəzin fəaliyyətə başlamasının 15 illiyinə həsr edilən silsilə tədbirlər çərçivəsində keçirilir. Proqramda BMM-nin solistləri, Əməkdar artistlər Təyyar Bayramov, Bəyimxanım Vəliyeva, Arzu Əliyeva və xanəndə Hüseyn Məlikov çıxış edəcəklər. Xanəndələri Rövşən Qurbanov (tar), Ceyhun Muradov (kamança), Əməkdar artist Təranə Əliyeva (qanun), Vasif Yusibli(ud), Amil Mustafayev (nağara), Rafael Əsgərov (balaban) müşayiət edəcək. Konsertə giriş isə sərbəstdir.
Mədəniyyət ocaqlarımız – teatrlarımız da bu tarixi günə xüsusi hazırlaşırlar. Bayram ərəfəsində igidlərimizin qəhrəmanlıqlarından bəhs edən tamaşalar nümayiş etdiriləcək. Belə ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında sözügedən tarixdə İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası təqdim olunacaq. Eləcə də Zəfər Musiqi və Teatr Festivalı Çərçivəsində Konsert proqramı gözlənilir. Proqramda Azərbaycan bəstəkarlarının əsərləri səslənəcək.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında isə “Yarımçıq qalmış” tamaşa nümayiş olunacaq. Bundan başqa, teatrın səhnəsində yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan “Balaca kişilər” tamaşası da təqdim ediləcək.
Məlum olduğu kimi bu günlərdə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı keçirilir. Festival Bakı şəhəri ilə yanaşı Gəncə və Sumqayıt şəhərlərinin, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarında tarixi qələbəmizə həsr olunmuş silsilə tədbirlərlə davam edir. Festival çərçivəsində bədii kollektivlərin və solistlərin iştirakı ilə rəngarəng proqramlar, bəstəkarlarımızın tarixi zəfərimizə həsr etdiyi simfonik əsərlərdən və vokal-xor nömrələrindən ibarət konsert, vətən müharibəsindəki şanlı qələbəmizə həsr olunmuş tamaşalar, muğam axşamı və digər mədəni tədbirlərin təşkili nəzərdə tutulub. Festival çərçivəsində Kukla Teatrı noyabrın 8-də Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan “Yeddi nar çubuğu” tamaşasını hazırlayıb. Azərbaycan xalq nağılının motivləri əsasında hazırlanan tamaşanın saat 12:00 seansı yalnız şəhid övladları üçün təşkil olunub.
Habelə Şuşa Dövlət Musiqili Dram Teatrı Zəfər Günündə “Dəmir Yumruq” adlı ədəbi-bədii kompozisiya ilə çıxış edəcək.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

