Qərbi Azərbaycanla bağlı dinləmə
01.11.2023 [10:20]
Ermənistan ərazisində xalqımıza aid adlar total şəkildə dəyişdirilib
Oktyabrın 31-də Milli Məclisdə Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmə keçirilib. Dinləmədə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, AMEA-nın, Ədliyyə Nazirliyinin nümayəndələri, Milli Məclis yanında Toponimiya Komissiyasının, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquqşünas alim və tədqiqatçılar, həmçinin bələdiyyələrin, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak ediblər.
Dinləməni giriş sözü ilə açan Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov diqqətə çatdırıb ki, 44 günlük Vətən müharibəsində əldə edilmiş Qələbə Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqlarına qayıdışı üçün yeni imkanlar yaradıb. Komitə sədri bildirib ki, xalqımızın arzularının bir-birinin ardınca reallığa çevrilir. Ulu Öndər Heydər Əliyevin Qərbi Azərbaycan mövzusuna necə həssas yanaşmasını xatırladan komitə sədri qeyd edib ki, Ümummilli Liderin Ermənistan hökuməti tərəfindən tarixi Azərbaycan torpaqlarında toponimlərin dəyişdirilməsi ilə bağlı fikirləri bu istiqamətdə bizim üçün yol xəritəsidir.
Çıxış edən AMEA-nın prezidenti, Milli Məclis yanında Toponimiya Komissiyasının sədri, Milli Məclisin deputatı İsa Həbibbəyli “Qərbi Azərbaycan toponimlərinin Ermənistan tərəfindən saxta yollarla təhrif edilməsi və ədalətin bərpası yolları” mövzusunda məruzə ilə çıxış edib. O, Prezident İlham Əliyevin Qərbi Azərbaycana qayıdış konsepsiyasını irəli sürməklə həm ölkəmizdə, həm də regionda və qlobal miqyasda Azərbaycan həqiqətlərinin çatdırılması, soydaşlarımızın tarixi ata-baba torpaqlarına qayıtması və öz milli-mədəni irsinə sahiblənməsi istiqamətində yeni konseptual baxışlar formalaşdırmasından danışıb. İsa Həbibbəyli XX əsr boyunca indiki Ermənistan ərazisində xalqımıza aid adların ardıcıl olaraq total şəkildə tamamilə dəyişdirilməsinin, silinməsinin mərhələləri və formaları barədə məlumat verib, bunu miqyasına görə dünyada görünməmiş hadisə kimi xarakterizə edib.
Sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və müasir mərhələdə zorakılıqla dəyişdirilmiş toponimlərin bərpa edilməsi çalışmaları” mövzusunda məruzə ilə çıxış edib. Əziz Ələkbərov ermənilərin Cənubi Qafqaza köçürüldükləri ilk gündən azərbaycanlılara qarşı apardıqları etnik təmizləmədən, xüsusən son 200 ildə Qərbi Azərbaycan ərazisində tarixi-mədəni abidələrimizin, coğrafi adlarımızın, toponimlərimizin dəyişdirilməsi siyasətindən bəhs edib. O, vurğulayıb ki, ermənilər dəyişdirə bilmədikləri tarixi-mədəni irsimizi isə yer üzündən siliblər.
Qərbi Azərbaycan İcmasının sədri Prezident İlham Əliyevin Qərbi Azərbaycan mövzusuna göstərdiyi diqqətdən söz açaraq, dövlət başçısının ideya müəllifi olduğu Qərbi Azərbaycana Qayıdış Konsepsiyasından danışıb. Qərbi azərbaycanlıların qayıdış tələbinin insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa tam uyğun olduğunu bildirən Əziz Ələkbərov Qərbi Azərbaycan toponimlərinin bərpası istiqamətində icmanın gördüyü işlər barədə məlumat verib.
Dinləmədə çıxış edənlər Qərbi Azərbaycanda mədəni irsimizin planlı şəkildə məhv edilməsindən və mənimsənilməsindən söz açıblar, bu tarixi torpaqlarımızdakı toponimlərin və digər coğrafi adların, milli irsimizin bərpası, xalqımızın öz yurduna qayıdışının təmin edilməsi barədə qeyd və təkliflərini irəli sürüblər.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov tədbirə yekun vuraraq, iştirakçılara təşəkkürünü bildirib. Azərbaycan xalqının tarixi yaddaşının, Vətən sevgisinin güclü olduğunu xüsusi vurğulayan komitə sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərindən sitat gətirib: “Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar.”
G.ABBAS
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

