“Google”a ilk investisiya edən milyarder
19.10.2023 [10:57]
Dünyanın ən varlı şəxsləri siyahısında ikinci yerdə
Günel ABBAS
“Amazon.com Inc” kompaniyasının qurucusu Ceff Bezos “LVMH Moet Hennessy Louis Vuitton” kompaniyasının rəhbəri Bernar Arnonu qabaqlayaraq Bloomberg agentliyinin dünyanın ən varlı insanları siyahısında ikinci yerdə qərarlaşıb.
“Amazon” səhmlərinin bahalaşması nəticəsində Ceff Bezosun sərvəti ilin əvvəlindən bəri 49,3 milyard dollar artaraq 156 milyard dollara çatıb. 2023-cü ildə 6,95 milyard dollar itirən Bernar Arnonun varidatı isə 155 milyard dollara enib.
“Bloomberg Billionaires Index” versiyasına görə, dünyanın ən varlı insanı “Tesla” kompaniyasının rəhbəri İlon Maskdır. O, sərvəti 200 milyard dollardan çox olan yeganə insandır. 52 yaşlı biznesmenin varidatı ilin əvvəlindən bəri 96,8 milyard dollar artıb. Hazırda onun sərvəti 234 milyard dollar həcmində qiymətləndirilir.
Ceff Bezosun yüksəliş hekayəsi
“Amazon”la texnologiya nəhəngləri arasında hökmünü davam etdirən Ceff Bezos elektron ticarətə kitab sataraq başlamışdı. İnternet ticarətində inqilab edən “Amazon” gündən-günə böyüyərək gəldiyi hazırki səviyyədə dünyanın ən böyük şirkətləri ilə rəqabət aparır.
1964-cü ildə Amerikanın Albuquerque şəhərində doğulan Ceff Bezos uşaqlığından bəri kompüterlərə və yeni inkişaf edən texnologiyalara maraq duyurdu. Uşaq vaxtı müəlliminə “İnsanların gələcəyi bu dünyada olmayacaq” deyən Bezos o yaşlardan etibarən kosmos mütəxəssisi olmaq istəyirdi.
Sonralar xəyalını reallaşdırıb kosmos araşdırmaları şirkəti “Blue Origin”i qurmazdan əvvəl Princeton Universitetinə girib və kompüter mühəndisliyi fakültəsini bitirmişdi. Məzun olduqdan sonra “Intel” və “Bell Labs” kimi şirkətlərdən təklif alsa da, FITEL adındakı bir startaptda işə başladı.
“Amazon” necə quruldu?
Bezos Amazon.com saytını öz evinin qarajında qurdu. Saytın adını amazon seçməsinin səbəbi isə bir gün Amazon çayı kimi nəhəng və bərəkətli olacağna ümid etməsi idi. İclasların çoxunu da məhəlləsindəki Barnes & Noble adlı kitabxanada həyata keçirirdi. İnternetə daxil olmağının ilk ayında “Amazon” 50 əyalətdən və 45 fərqli ölkədən insanlara kitab satmağı bacarmışdı və bu sürətlə böyüməyə şərait yaratdı. 1997-ci ildə birjaya daxil olanda bir çox bazar analistini düşündürən bir mövqedə iştirak etsə də göstərdiyi performans və e-ticarətdəki müvəffəqiyyətiylə iki il içərisində digər bütün rəqiblərini geridə buraxaraq bu sahədə liderliyə yüksəldi.
“Amazon” müqavilələrlə geyim, elektronika, oyuncaq və daha bir çox sektorun məhsullarını saytına daxil etdi. Elektron ticarət saytlarının gedərək azalıb iflas etdiyi dövrdə, “Amazon” ayaqda qalmağı bacardı. 1995-ci ildə 510 min dollarlıq gəlirini 2011-ci ildə 17 milyard dollara qədər qaldırdı.
“Amazon” kitabla başladığı online satışlarını daha sonra geyim və elektron sektorlarıyla birləşdirdi.
Ceff Bezosun “Amazon”da işçilərinə tətbiq etdiyi maraqlı bir üsul isə PowerPoint təqdimatlarını ləğv etməsi idi. Onun əvəzinə etmək istədiklərini altı səhifəlik təkliflər halına gətirərək tənqidi düşüncə gücünü artırmağı hədəfləyirdi.
Amazon.com 2007-ci ildə rəqəmsal kitab oxuma cihazını bazara çıxardı. Bezos “Blue Origin” adındakı kosmos araşdırma şirkətinə investisiya etdiyini də bildirdi.
Xəbər lenti
Hamısına baxDünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10

