Erməni yalanlarının təbliğatçıları...
18.10.2023 [10:47]
Əli Kərimli özünü necə ifşa edir?
Azərbaycan dövlətinə və xalqına düşmən münasibət bəsləyən redikül müxalifət qazanılan uğurları, əldə olunan nailiyyətləri həzm edə bilmir. Ermənipərəst mahiyyətdən qurtula bilməyən Əli Kərimli və dəstəsi bunu artıq özlərində xəstəlik səviyyəsinə çatdırıblar - birmənalı olaraq qəbul etməmək, hər şeyi qara rəngdə görmək, qərəz və yalan, əsassız “arqumentlərlə” silahlanaraq dövlətin milli maraqlara əsaslanan siyasətinə zidd mövqe tutmaq “siyasətlə məşğul olmaq” sayıla bilməz.
Əli Kərimlinin tutduğu mövqe də birmənalı şəkildə xəyanətə, erməni təbliğatına söykənir və antimilli xarakterə əsaslanır. AXCP sədrinin Vətən müharibəsindən sonrakı dövrdə qələbəni “yarımçıq” adlandırması, antiterror tədbirlərindən sonra isə baş verənləri fərqli rakursda “qiymətləndirməyə” çalışması bir mətləbdən xəbər verir - bu şəxs erməni lobbisinin təsiri altındadır və heç bir zaman Azərbaycanın uğurlarına sevinməyəcək. AXCP sədrinin “Toplum TV”-yə müsahibəsi də dediklərimizi təsdiqləyir. Qazanılan qələbəni və bu qələbəyə gedən yolu naşı və xaincəsinə “ehtimallarla” “dəyərləndirməyə çalışan” xəyanətkar Kərimli uğurlu nəticəni gözardı edir - Azərbaycan xalqının, Azərbaycan Ordusunun, Azərbaycan Prezidentinin zəhmətini dəyərləndirə bilmir. Siyasətin dəqiqliyi və çevikliyi sevdiyini və zamana hesablandığını “unudan” və ya ümumiyyətlə, bilməyən Kərimli ona əzbərlətdirilən “fransız lüğətindən” olan “cümlədən” əl çəkmir - yeri gəlmişkən, Əli Kərimlinin aldığı erməni pullarına şərik olanlar da sosial şəbəkələrdə tutuquşu mahiyyəti ilə eyni “yalanı” və gülünc “arqumenti” tirajlamağa çalışırlar. Bu isə onu göstərir ki, Azərbaycan dövlətinin uğurlarına qarşı hər hansı bir kəsərli arqument tapa bilməyən Kərimlinin fransız başbilənləri AXCP sədrinin başına belə “torba keçirib” onu biabır edirlər. Adam əldə oyuncaq olduğunun fərqində belə deyil - “fransız ipçi”ləri onu ən düşük “arqumentlərlə” cəmiyyətə ifşa edir.
Kərimli müsahibəsinin sonunda başqa hava çalır - o, əslində, nə qədər böyük bir zəfərin qazanıldığının fərqindədir, sadəcə olaraq, bunu etiraf etmək cəsarəti yoxdur. O narahatdır ik, xalq onların yalanlarını görür və onların “siyasi buqələmunluğunun” fərqindədir. Azərbaycanın suverenliyinin təmin edilməsi, ən əsas ümummilli problemimizin həll edilməsi Kərimli kimi “yalana bürünənləri” ictimaiyyət qarşısında siyasi çılpaq vəziyyətə salır. O, bunu görür, sadəcə, etirif etməyə cəsarət tapa bilmir.
Qeyd edildiyi kimi, Kərimlinin başçılıq etdyi xəyanətkar dəstəyə də eyni direktivlər verilib, eyni “tezislər” üzərindən danışmaq tapşırılıb. Təsadüfi deyil ki, dünənə qədər “qələbəni yarımçıq” sayanlar bu gün “qələbənin təmini niyə 30 il çəkdi?” sualını tirajlayırlar. Onların cavabı özlərindədir - bir illik AXC-Müsavat hakimiyyətinin ölkəyə vurduğu ziyanı, etdiyi pisliyi 30 ildə ancaq aradan qaldırmaq mümkün oldu. Onlar bunu görürlər, bilirlər - sadəcə, dilə gətirməkdən qorxurlar. Yoxsa, Ə.Kərimli onları “fransız maliyyəsi” siyahısından çıxarar. Bu insanlar erməni pulları uğrunda erməni təbliğatına nökərçilik etməyi belə özlərinə rəva bilirlər, həqiqəti və ədaləti göz ardı etməyi bacarır. 2020-ci ildə Vətən müharibəsi günlərində Gəncəyə, Bərdəyə, Tərtərə edilən xain hücumlar mülki insanlarımızı, körpələrimizi qanına qəltan etmişdi. Bu qətliamın əmrini verən Araik indi Azərbaycan zindanındadır. İçimizdəki xainlər isə az qala erməniyə haqq qazandırmaq üçün “mübarizə aparırlar”. Tofiq Yaqublu deyir ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun zərbələri nəticəsində Xankəndidə mülki əhali də vurulmuşdu. Nə qədər utanmayasan ki, belə söz deyəsən...
Erməninin tapıb deyə bilmədiyini deyir Tofiq Yaqublu. Təsəvvür edin ki, belə bir şey yaşanmış olsaydı, indi ermənilər bunu əllərində bayraq edib bir ucu Paris, bir ucu Brüssel, bir ucu Los-Anceles haray qaldırmazdımı? Belə bir “fakt” olsaydı, Ermənistan gündə 10 dəfə BMT TŞ-nin qapısını döyməzdimi?
Görəsən, bu boyda yalanı deməyə T.Yaqublunu nə məcbur edib? Axı, xalqına, dövlətinə şər atmaq, onu ləkələməyə çalışmaq bu qədər asan olmamalıdır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

