Rediküllərin şərçi dəstəsi...
13.10.2023 [11:36]
Sosial şəbəkələrdə Fransanı və Ermənistanı müdafiə etmək tapşırığı alıb
2020-ci il Vətən müharibəsi dövründə, eləcə də, 2023-cü il antiterror tədbirləri vaxtı Azərbaycan xalqı və dövləti ilə birgə olmağı bacarmayan, xalqa qarşı cəbhə açan redikül müxalifət bu gün də antimilli mahiyyətini davam etdirir. İndiki mərhələdə dağıdıcı rediküllərin əsas hədəfi sülh prosesidir - Azərbaycanın diplomatik masada qazandığı üstünlük, aparılan uğurlu xarici siyasət nəticəsində erməni yalanlarının ard-arda ifşası redikülləri “hərəkətə gətirib”.
Əslində bu cür prosesin başlayacağı gözlənilən idi. Bütün hallarda Ermənistanı və onun havadarlarını, ən əsası da Fransanı “qorumaq” üçün canfəşanlıq göstərən rediküllər budəfəki fürsəti də qaçıra bilməzdilər - onlar üçün yeni qazanc fürsəti yaranıb. AXCP sədri Əli Kərimlinin başçılıq etdiyi “Fransanı müdafiə dəstəsi” yenidən iş başındadır. Sosial şəbəkələrdə adı heç kimə bəlli olmayan, amma özünü “siyasətçi” profili ilə qələmə verən Kərimlinin paydaşları Fransanı müdafiə edir, Azərbaycanı Qranada görüşündən imtina etdiyi üçün hədəfə alır, Ermənistanın Bişkek görüşündə iştirak etməməsinə isə haqq qazandırırlar. “Arqumentlər” isə dəyişməzdir - guya biz “qlobal məkandan qaçırıq”. Maraqlıdır ki, antimilli xarakterli satqınlar dəstəsi bu kimi fikirləri “ixrac” edərkən bir anlıq da olsun milli maraqları düşünürlərmi? Onlar üçün əsas olan maddi gəlirdir - bu bəllidir, amma Ermənistanın siyasi oyunlarına haqq qazandırmaq üçün dəridən-qabıqdan çıxan birisi hansı mənəvi haqla adını azərbaycanlı qoya bilər, özünü azərbaycanlı saya bilər? Əli Kərimlinin nəzarətində olan sosial şəbəkə dəstəsinin yaxdığı şərlər və ya postların məzmununa diqqət yetirdikdə, qonların hamısının bir “qəlibdən” çıxdığını görməmək mümkün deyil. Bu postlarda, şərhlərdə yer alan “fikirlər” isə təəssüf ki, sosial şəbəkələrin erməni seqmentinin də ən “sevimli mövzularıdır”. Başqa sözlə, direktivlərin eyni “siyasi mətbəxdə” hazırlanması şübhəsizdir.
Əli Kərimlinin “şərçi dəstəsi”nin ən fəallarından olan Tofiq Yaqublu isə bir az da qabağa gedərək Vivek Qanapati Ramasvaminin ermənilərin Gəncə və Bərdəyə atdığı raketlərin çoxsaylı insan ölümünə səbəb olduğunu göstərən videokadrlara istinad edərək, bunu Azərbaycanın ermənilərə qarşı etdiyi iddiası ilə bağlı onu müdafiə edib - bildirib ki, “həmin görüntülərə görə onu qınamaq absurddur”. Sən demə burada Ramasvamilik “bir iş yox imiş” - günah proqramın təşkilatçılarının məsuliyyətsizliyindən ibarət imiş. Tofiq Yaqublunun “düşüncəsinə” görə, burada hər hansı bir qəsd yoxdur - yəni, ortada erməni barmağı yoxdur. Bəs belədirsə, niyə Ramasvami çıxıb təkzib vermədi, Azərbaycan xalqından, Gəncədə və Bərdədə ermənilərin qana boyadığı günahsız insanların yaxınlarından, xalqından üzr istəmədi? Demək ki, məsələ qəsddir - Tofiq Yaqublunun Ramasvamini, Əli Kərimlinin Makronu, Paşinyanı müdafiə etdiyi qədər qəsddir...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48

