Yaxın Şərqdə hasilatın azalacağı təhlükəsi neftin qiymətlərini artırır
09.10.2023 [10:46]
Bazar ertəsi İsrail və Qəzzadakı vəziyyətin Yaxın Şərqdə hasilatı azaldacağı ilə bağlı narahatlıq fonunda xam neftin qiymətləri 4 faiz bahalaşıb.
AZƏRTAC “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, ABŞ nefti üçün etalon olan “West Texas Intermediate” (WTI) bir barrel üçün 86 dollardan çox bahalaşıb. Erkən Asiya ticarətində “Brent” markalı neftin qiyməti də artıb.
İsrail və Fələstin əraziləri neft istehsalçısı deyil. Lakin Yaxın Şərq regionu qlobal tədarükün demək olar ki, üçdəbirini təşkil edir. “Həmas” silahlı qruplaşmasının şənbə günü başlatdığı hücumlar dalğası iki tərəf arasında onilliklər ərzində ən böyük eskalasiya olub.
Enerji üzrə analitik Saul Kavonik BBC-yə deyib: "Neft üzrə risk amilləri İran və Səudiyyə Ərəbistanı kimi yaxınlıqdakı böyük neft hasilatçısı ölkələrə yayıla biləcək daha geniş bir yanğın perspektivi səbəbindən artır. Əgər münaqişə “Həmas” hücumlarını dəstəkləməkdə ittiham olunan İranı əhatə edərsə, qlobal neft tədarükünün 3 faizi risk altında olacaq”.
Ekspertin sözlərinə görə, münaqişənin qızışacağı təqdirdə, qlobal neft tədarükünün təxminən beşdəbiri "təhlükə altında" olacaq, eyni zamanda, Hörmüz boğazından keçən mühüm neft ticarəti marşrutu fəaliyyətini dayandıracaq.
Hörmüz boğazı iqtisadiyyatları neft və qaz hasilatı üzərində qurulan Körfəz regionunda əsas neft ixracatçıları üçün həlledici əhəmiyyətə malikdir.
HSBC bankından Ceyms Çeo bildirib ki, hadisələrin yaxın günlərdə necə inkişaf edəcəyi ilə bağlı qeyri-müəyyənlik ABŞ Xəzinədarlıq istiqrazlarına və investorların ənənəvi olaraq böhran zamanı satın aldıqları dollara sərmayənin həcmini artıra bilər. "İndiki mərhələdə bir az əsəbi mühit var. İnvestorlar iqtisadi məlumatlar və geosiyasi qeyri-müəyyənliklə bağlı inkişaflar üzrə vəziyyətin daha aydın olmasını istəyirlər”, -deyə bankın Cənub-Şərqi Asiya və Hindistan üzrə baş investisiya direktoru Çeo əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45

