Avropa parlamentinin qətnaməsi BMT-yə meydan oxumaq deməkdir
07.10.2023 [09:51]
Günel ABBAS
“Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamə bilavasitə Fransanın və ermənipərəst qüvvələrin təkidi ilə hazırlanmış və müzakirəyə çıxarılan bir sənəddir. Bu sənədin heç bir hüquqi əsası yoxdur və reallıqdan uzaq, böhtan, şantaj xarakterli bir qətnamədir”.
Bu fikirləri Milli Məclisin üzvü Tahir Rzayev yeniazərbaycan.com-a açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu, beynəlxalq normalara, ilk növbədə, Avropa Parlamentinin özünə bir hörmətsizlikdir: “Haqqa, ədalətə sayğısızlıqdır. BMT kimi bir təşkilata meydan oxumaq onun tutduğu xətti inkar etməkdir. Çünki BMT missiyası bir neçə gün bundan əvvəl Qarabağda oldu və müəyyən araşdırmalar apardı. Araşdırmalar nəticəsində məlum oldu ki, Qarabağda yaşayan ermənilərə heç bir təsir olmayıb, orada mülki obyektlər dağıdılmayıb insanların mülkiyyətinə özlərinə heç bir ziyan dəyməyib. Belə bir halda Avropa Parlamentinin deyilənlərin tam əksinə getməsi siyasi tərbiyəsizlikdir. Əslində, bu qətnamənin qəbul olunması gözlənilən idi. Çünki başda Fransa və onun prezidenti Makron olmaqla uzun illərdir Azərbaycana qarşı anti-Azərbaycan təbliğatı yürüdülür. Bununla yanaşı Fransa Cənubi Qafqazda sabitliyin bərqərar olunmasının əleyhinədir.
O Afrikada itirdiyi nüfuzunu, mövqeyini Cənubi Qafqazda bərpa etmək istəyir. Belə əsassız qətnamələr qəbul etməklə Azərbaycana təsir haqqını işə salmaq, ermənilərdən bəhrələnmək və onların gələcək köməyinə güvənmək istəyir. Ancaq bunun heç bir faydası yoxdur. Çünki Azərbaycan xalqı, Azərbaycan prezidenti öz sözünü deyib. Biz 44 günlük Vətən müharibəsində qələbəmizi əldə etmişik və keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi, bərpa olunub. Prezident də öz çıxışlarında dəfələrlə xatırladıb ki, Azərbaycan müstəqil, demokratik dövlətdir. Biz heç bir dövlətin təsirinə düşə bilmərik, heç bir dövlətin diktəsi ilə işləmirik. Bizim özümüzün siyasətimiz, tutduğumuz mövqe var və biz Azərbaycan xalqının mənafeyinə, Azərbaycanın milli təhlükəsizliyinin təmin olunmasına xidmət edirik.
Qəbul olunan bu qətnamə Azərbaycana heç bir vəchlə öz təsirini göstərə bilməz. Azərbaycan Prezidentini, Azərbaycan xalqını tutduğu yoldan döndərə bilməz. Belə qətnamələr çox hazırlanıb. Onlar bir gərəksiz kağız parçası kimi tullanılıb və nəticədə haqq ədalət bərqərar olunub. Avropa Parlamentinin tutduğu bu yol çirkin məqsədlərə xidmət eləyən bir yoldur. Və elə bilirəm ki, bu, Avropa parlamentarilərinin özlərinə bir hörmətsizlik, özlərinin imicinə, onların gələcək fəaliyyətinə, dünyada demokratik kimi özlərini göstərməyinə bir zərbədir”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

