Hulusi Kılıç : “İlham Əliyev Qranadada hazırlanan kirli oyunu pozdu”
06.10.2023 [19:31]
Günel ABBAS
“Ali Baş Komandan, Prezident Prezident İlham Əliyev Qranadada hazırlanan kirli oyunu pozub. İspaniyaya getməkdən imtina edərək Fransa tərəfindən hazırlanan kirli oyunu və masanı dağıdıb”.
Bunu yeniazerbaycan.com-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş səfiri, "İMZA" Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə təmsilçisi Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, Prezident haqlı olaraq beşli masada Türkiyənin də olmasınl istəmişdi: “Bu da son dərəcə haqlı bir istəkdir. Çübki Türkiyə bölgə ölkəsidir. Bölgənin problemlərinin həlli üçün orada olmalı idi. Prezidentin qərarından sonra Türkiyə prezidentu Rəcəb Tayyib Ərdoğanın da İspaniyaya getməkdən imtina etməsi Fransa, Almaniya və Avropa İttifaqına bir zərbədir. Üstəlik iki qardaş prezidentin arasındakı həmrəyliyin hansı səviyyədə olduğunu da açıqca göstərməkdədir. Prezidentin dediyi kimi Almaniya, Fransa, Avropa Birliyi bir masa qurur, o masada Türkiyənin olmasını istəmir. Bu, bir oyundur. Almaniya və Fransa nə haqla orada oturur və Azərbaycanla bağlı qərar qəbul edir? Biz bilirik ki, bunu hazırlayan Fransadır. Fransa Ermənistanı dəstəkləmək adı altında orada özünə bir yer etməyə çalışır. Bu, qəbuledilməzdir. Fransa prezidenti ermənipərəstliyi ilə Azərbaycanın haqq və hüquqlarını görməzlikdən gəlir.
Biz bölgədə sülh olsun deyirik. Fransa isə ermənilərə silah satmaqdan söz açmaqla savaşa səbəb olmaq istəyir. Bu da bir tərəfdən savaşa təhriketmə cinayətidir. Qarabağ Azərbaycan torpağıdır, Qarabağda yaşayanlar da Azərbaycan vətəndaşlarıdır. Erməni lobbisinin oyuncağı olan Makron və Avropa Parlamenti sürətlə dəyər itirməkdədir. Bizim sizə güvənimiz də qalmayıb. Azərbaycandan təbii qaz istəyən və qapısını döyən Avropa İttifaqı bir az daha ədalətli olmalıdır. Türkiyə də Ermənistanla əlaqələri normallaşdırmaq arzusundadır. Amma bunun önündəki əngəl Ermənistanla Azərbaycan arasında sülh anlaşmasının imzalanmamış olmasıdır. Bu mənada bölgədən kənar ölkələr məsələyə qarışdıqca sülhü təhdid etməkdədirlər. Biz məsələmizi öz aramızda həll edəcəyik”.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

