Danışır və göstərir Qarabağ!
05.10.2023 [11:43]
Qarabağda yayım üçün bir TV və bir radioya lisenziya verilib
Günel ABBAS
Oktyabrın 3-də Audiovizual Şuranın növbədənkənar iclasında Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonunun ərazisində keçirdiyi uğurlu və sürətli lokal antiterror tədbirləri, bu tədbirlərdən sonra bölgədə yaranan vəziyyət, həmin bölgədə yaşayan əhalinin informasiya təminatının yaradılması və bölgənin ümumölkə informasiya məkanına reinteqrasiyasının təmin olunması, habelə lisenziyaların alınması üçün “Baku TV” MMC-nin və “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Azərbaycan Respublikası Audiovizual Şurasına müraciətləri müzakirə olunub.
Qarabağ iqtisadi rayonunun ərazisində yaşayan əhalinin obyektiv və operativ informasiya ilə təminatının yaradılmasının təxirəsalınmazlığını nəzərə alaraq Azərbaycan Respublikası Audiovizual Şurası “Baku TV” MMC-yə peyk yayımı həyata keçirən platforma yayımçısı (televiziya redaksiyasının adı “Baku TV”), “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-yə ümumölkə yerüstü radio yayımıçısı (radio redaksiyanın adı “Azərbaycan Beynəlxalq Radiosu”) lisenziyalarının verilməsi haqqında müvafiq qərarlar qəbul edib.
Yevlax görüşünün daha bir nəticəsi
Milli Məclisin üzvü Tahir Rzayev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Qarabağda yayım üçün bir TV və bir radioya lisenziya verilməsi günün reallığıdır və bu, bilavasitə informasiya şəbəkəsinin genişləndirilməsi, məlumatların yerli əhaliyə vaxtında çatdırılması, dünya hadisələrindən onların xəbərdar edilməsidir: “Biz çox şadıq ki, bu gün artıq Qarabağ torpaqları düşməndən azaddır. Keçirilən antiterror tədbirləri nəticəsində artıq Xankəndi şəhəri, Xocalı, eləcə də digər ərazilərimiz düşməndən tamamilə təmizləndi. Bundan sonra həmin ərazilərdə həyat canlanacaq. Tikinti-abadlıq və quruculuq genişlənəcək, eləcə də informasiya təminatının ödənilməsi üçün ciddi tədbirlər həyata keçiriləcək. Bu, Qarabağda yaşayan erməni əsilli əhali üçün çox vacibdir. Çünki onlar bu günə kimi anti-Azərbaycan təbliğatı altında millətçilik ruhunda tərbiyə olunublar və bu cür mübarizə aparıblar.
Azərbaycan həqiqətləri onlara səthi, dar mənada yanlış izah olunub və ölkədə gedən quruculuq işlərindən ermənilər o qədər də məlumatlı deyil. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında deyib ki, Azərbaycan vətəndaşlığını qəbul edən ermənilər bizim üçün bir vətəndaşdırlar və onlar üçün ölkədə hər cür imkan, şərait yaradılacaq. Eləcə də keçən görüşdə, icmaların görüşündə belə bir təklif irəli sürülmüşdü ki, həmin ərazidə televiziya və radio şəbəkəsi, verilişləri tətbiq edilsin. Həmin görüş artıq tez bir zamanda nəticələrini verir. Bu da sevindirici haldır və verilən vədə bir zəmanətdir, bir əməli tədbirdir. Sözsüz ki, bu, ilkin tədbirdir və elə bilirəm, az bir müddətdə Xankəndidə, Xocalıda, eləcə də digər ərazilərdə bütün televiziya yayımları təmin olunacaq. Orada yaşayanlar bütün hadisələrdən vaxtında və düzgün xəbər alacaqlar”.
Qarabağda yeni radio və tv yayımına ehtiyac var
Professor, media eksperti Qulu Məhərrəmlinin sözlərinə görə, Şuşada tezlikləri çox yeri əhatə edən bir radio fəaliyyət göstərir: “Amma hesab edirəm ki, o azdır. Ona görə ki, həm məzmun baxımından, həm verilişlərin rəngarəngliyi baxımından, həm də bölgədə yaranan yeni mədəni, mənəvi, psixoloji mühiti ifadə eləyə biləcək yeni radio yayımına və televiziya yayımına ehtiyac var. Lisenziya üçün müraciət edənlərin arasında hesab edirəm ki, region üçün gərəkli verilişlər hazırlaya bilən, insanları vahid mədəni mühitdə dialoq aparmağa sövq edə biləcək verilişlər hazırlayan kanallar, televiziya verilişləri lazımdır.
Mənə elə gəlir ki, Azərbaycan teleradioçuları arasında kifayət qədər yüksək imkanlı yayımçılar var. Lisenziyanı onlardan biri ala bilər. Bütövlükdə hesab edirəm ki, orada televiziya və radio kanalının açılmasına ehtiyac var. İnternetin bütün gücünə baxmayaraq, televiziyanın, radionun əhatə dairəsi insanların psixologiyasına, düşüncəsinə, davranışına təsiri klassik baxımdan daha böyük potensiala malikdir. Ona görə də belə bir yayım aparmağa böyük ehtiyac var. Bu işi nə qədər tez və sürətlə həll edə bilsək, bir o qədər yaxşı olar”.
Xəbər lenti
Hamısına baxSiyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03

