Azərbaycan ərazi bütövlüyünü tam bərpa etməklə, bölgədə davamlı sülhün yolunu açıb- Bəyanat
02.10.2023 [09:48]
Qərbi Azərbaycan İcması Azərbaycan Respublikasının Qarabağ bölgəsindəki qanunsuz rejimin süqut etməsi və oradakı Ermənistan silahlı qüvvələrinin və digər qanunsuz silahlı birləşmələrinin tərk-silah edilərək Azərbaycan ərazisindən çıxarılması nəticəsində həmin bölgədə dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa edilməsini tarixi hadisə kimi alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə İcmanın bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub: “İcma Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında əldə edilmiş bu tarixi nailiyyət münasibətilə bütün Azərbaycan xalqını təbrik edir.
Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ədalətin təntənəsi olmaqla yanaşı, bölgədə davamlı sülhün yolunu açmışdır.
İnsan hüquqları, barışıq və birgəyaşayış dəyərlərinə əsaslanan Qərbi Azərbaycan İcması iki dövlət arasında sülhün bərqərar olunmasını sidq ürəklə dəstəkləməklə bərabər, Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində, sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıdışı missiyasını əzmlə davam etdirəcəkdir.
İcma ümidvardır ki, Ermənistan cəmiyyəti və hökuməti bu tarixi şansı düzgün dəyərləndirərək, qarşıdurma və təcrid yolunu deyil, sülh, əməkdaşlıq və birgəyaşayış yolunu seçəcəkdir.
İcma bu müstəvidə Ermənistanın mədəni müxtəliflik, reinteqrasiya və birgəyaşayışı rədd edən siyasətinin davam etməsindən ciddi narahatlığını ifadə edir. Məlumdur ki, Ermənistanın hər vəchlə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasına qarşı çıxmasının arxasında onun Azərbaycana qarşı ərazi iddiası dayanırdı. Ermənistanın buna qarşı çıxmasının arxasında olan digər mühüm motiv Azərbaycanda uğurlu reinteqrasiya və birgəyaşayışın Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtması perspektivlərini gücləndirəcəyini hesab etməsidir. Məhz bu səbəbdən Ermənistan Qarabağdakı qanunsuz rejimin çökməsindən sonra, orada yaşayan ermənilərin Azərbaycana labüd reinteqrasiyasının qarşısını almaq üçün onların Ermənistana köçməsini təşkil etmişdir. Bu azmış kimi, Ermənistan ordusunun tör-töküntüləri Qarabağdan çıxarkən oradakı mülki infrastrukturu, inzibati binaları, fərdi yaşayış evlərini, əkin sahələrini minalayaraq oranı yaşanmaz hala gətirmişdir. Səbəb aydındır - mono-etnik siyasətindən əl çəkməmiş Ermənistan, iki xalqın nümayəndələrinin nə Ermənistanda, nə də Azərbaycanda birgəyaşayışına yol vermək istəyir.
Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin bu irqçi yanaşmasını sərt şəkildə qınayır.
İcma beynəlxalq ictimaiyyətə müraciət edərək, Ermənistanın sülhü seçməsi, mono-etnik cəmiyyət ideologiyasına son verməsi, iki xalq arasında birgəyaşayışı və barışığı dəstəkləməsi, Azərbaycanın vaxtilə işğal edilmiş ərazilərində, o cümlədən, ermənilərin son həftələr köçdüyü ərazilərdə basdırdığı minaların və digər partlayıcı qurğuların dəqiq xəritəsini təqdim etməsi üçün bu dövlətə təzyiq göstərməyə çağırır”.
Xəbər lenti
Hamısına baxSosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19

