/ / Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboyda Anım Gününə həsr olunan tədbirlərdə iştirak edib
Milli Məclisin deputatı Ağalar Vəliyev Goranboyda Anım Gününə həsr olunan tədbirlərdə iştirak edib
29.09.2023 [17:20]
Milli Məclisin deputatı Ağalar Vəliyev, Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev 27 sentyabr - Anım Günü ilə əlaqədar Goranboy rayonunda təşkil olunan silsilə tədbirlərdə iştirak ediblər.
Əvvəlcə şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib. Aksiyadan sonra geniş ictimaiyyətin nümayəndələri, şəhid ailəsi üzvləri, qazilər, müharibə veteranları Goranboy şəhərində Şəhidlər Xatirə-Abidə Kompleksini ziyarət edib, şəhidlərin əziz xatirəsini dərin ehtiramla anıblar. Ziyarət zamanı şəhidlərin ruhlarına dualar oxunub və kompleksə tər güllər qoyulub.
Vətən müharibəsinin üçüncü ildönümü və Anım Günü ilə əlaqədar Ağalar Vəliyevin təşəbbüsü və dəstəyi ilə 300 nəfərlik ehsan süfrəsi açılıb.
Anım tədbirlərində xüsusi vurğulanıb ki, bu gün Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbəmizdən, lokal antiterror tədbirlərinin qısa müddətdə uğurla başa çatmasından, doğma Qarabağımızda və işğaldan azad olunmuş rayonlarımızda həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, həmçinin Böyük Qayıdışdan irəli gələn yeni hədəfləri müəyyənləşdirən qalib dövlət və xalq kimi müstəqilliyinin ən qüdrətli dövrünü yaşayır.
Qeyd olunub ki, şəhid ailələri və müharibə əlilləri hər zaman dövlətimizin başçısının və birinci xanım Mehriban xanım Əliyevanın hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Həmçinin bildirilib ki, ölkə rəhbərliyinin bu sahədəki dövlət siyasətinə dəstək olaraq, Ağalar Vəliyev millət vəkili kimi təmsilçisi olduğu Goranboy, Ağdam və Tərtər rayonlarından olan şəhid ailələrinə və qazilərə həmişə həssaslıqla yanaşıb, öz maddi və mənəvi dəstəyini onlardan əsirgəməyib.
Belə ki, son üç il ərzində deputat tərəfindən adıçəkilən rayonlardan 4 Milli qəhrəman, 2 Vətən müharibəsi qəhrəmanı, 248 şəhid ailəsi və 181 Qarabağ əlilinə üç dəfə maliyyə yardımı olunub . Şəhid ailələri və müharibə əlilləri ilə yanaşı, aztəminatlı ailələr də daxil olmaqla, hər il 4 dəfə 1000-dən çox ailəyə 14 minə yaxın ərzaq bağlaması çatdırılıb. Bundan əlavə, həmin rayonlar üzrə 40-dan çox şəhid ailəsinin və Qarabağ əlilinin müxtəlif sosial problemlərinin həllinə fərdi qaydada maddi yardım göstərilib.
Anım tədbirləri çərçivəsində Ağalar Vəliyevin dəstəyi ilə Goranboy rayonundan 26, Ağdam rayonundan 9 və Tərtər rayonundan 4 ailə olmaqla, ümumilikdə Vətən müharibəsinin 39 şəhidinin ailəsinə ildönümü ilə bağlı maddi yardım çatdırılıb.
Həmçinin lokal antiterror tədbirləri zamanı şəhid olan Goranboy sakinləri Hüseyn Nəsibovun və Elşad Süleymanovun ailələri Qızılhacılı qəsəbəsində ziyarət olunub. Ağalar Vəliyev şəhidlərin yas mərasimlərinin təşkilinə maliyyə yardımı göstərib və hər iki şəhidin qəbirüstü abidələrinin hazırlanmasını öz üzərinə götürüb. Eyni zamanda, Tap Qaraqoyunlu kəndində şəhid atası Şaşud Əhmədovun vəfatı ilə bağlı ailəsi ziyarət olunub, millət vəkili tərəfindən maliyyə yardımı çatdırılıb.
Anım tədbirlərinin iştirakçıları şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli dövlət qayğısına görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52

