Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Davit Manukyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

Davit Manukyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib

29.09.2023 [16:46]

Səbail rayon Məhkəməsində qondarma "Dağlıq Qarabağ Respublikasının Müdafiə Ordusu komandanının birinci müavini, general-mayor ali hərbi rütbəsində" xidmət edən Davit Manukyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.

APA xəbər verir ki, hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.

Məhkəmə tərəfindən Davit Manukyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Davit Manukyan ötən gün Laçın sərhəd keçid məntəqəsində saxlanılıb.

Onun Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3 (mütəşəkkil dəstə tərəfindən təkrar terrorçuluq), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama və daşıma), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələrində ehtiva olunan cinayət əməllərinin törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Paylaş:
Baxılıb: 446 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

Gündəm

7-ci dialoq...

23 May 11:50

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31