Ermənistanda etirazlar genişlənir
27.09.2023 [12:10]
Paşinyanın 10 gün vaxtı qalır
Günel ABBAS
Ermənistanda etirazlar davam etməkdədir. Etirazçıların əsas qüvvəsi isə revanşist kütlədən təşkil olunub. Onların ritorikası erməni lobbiçilərinin və ABŞ-dakı havadarlarının sosial şəbəkələrdə paylaşdıqları ilə çox oxşardır. Bu, müəyyən məsələlərdə təsir gücü əldə etmək üçün bir vasitədir.
Küçələri bağladılar
İrəvanda etirazçıların aksiyaları hər ötən gün öz əhatə dairəsini bir qədər genişləndirməkdədir. Hətta etirazçılar Nikol Paşinyanın hakimiyyətdən getməsi üçün 10 gün vaxt veriblər. Ötən gün səhər saatlarında etirazçılar şəhərin mərkəzində bir sıra küçələri bağlayıblar. Ermənistan polisi baş nazir Nikol Paşinyanın istefasını tələb edən, İrəvanın mərkəzi küçələrini bağlayan etirazçıları saxlamağa başlayıb. İlk öncə polis etirazçılara mərkəzi prospekti açmaq üçün vaxt verib. Bu tələbə əməl edilmədikdə onları saxlamağa başlayıb. Məlumata görə, təxminən 10 nəfər polis bölməsinə aparılıb. Saxlanılanların sayı son məlumatlara əsasən 66-ya çatıb.
Baş nazirə sui-qəsd cəhdləri
Sentyabrın 24-də isə Ermənistan Milli Təhlükəsizlik Xidməti hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən 8 nəfəri saxladığını bildirib. Ermənistanın baş nazir? Nikol Paşinyana qarşı sui-qəsddə ittiham olunan “Erkrap” könüllü ittifaqının keçmiş sədr müavini, Albert Bazeyan saxlanılıb. Hazırda İrəvanın keçmiş merinə qarşı cinayət işi açılmayıb.
Bundan əvvəl erməni mətbuatında Bazeyanın sentyabrın 23-də baş nazir Nikol Paşinyana qarşı sui-qəsd və ölkədə zorakılıqla hakimiyyət dəyişikliyinə hazırlaşdığı üçün polis bölməsinə aparıldığı barədə məlumat yayılıb. Nəticədə sentyabrın 23-də axşam saatlarında öz mənzilində saxlanılıb. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları onun evində axtarış aparıb, bəzi əşya və sənədləri götürüblər. Bundan sonra o, Milli Təhlükəsizlik Xidmətinə, daha sonra isə Daxili İşlər Nazirliyinin İrəvanın Erebuni rayonundakı təcridxanasına aparılıb.
Etirazçılara cinayət işi açılıb
Ermənistanın paytaxtı İrəvanda davam edən etiraz aksiyalarının əlavə 49 iştirakçısı haqqında cinayət işi açılıb - əlavə 5 nəfər isə həbs olunub. Fəallar kütləvi iğtişaşlarda iştirak etməkdə, xuliqanlıqda, dövlət məmurlarına qarşı zorakılıq tətbiq etməkdə, narkotik vasitələrin qanunsuz dövriyyəsində və soyuq silah gəzdirməkdə ittiham olunurlar. Parlamentin “Ermənistan” fraksiyasının deputatı Tadevos Avetisyan da polis bölməsinə aparılıb.
Komendant saatı planı - tələbələr tətil edir
Baş nazir Nikol Paşinyan komandası ilə birgə ölkədə komendant saatının tətbiqi barədə müzakirələr aparıb. Qeyd olunub ki, İrəvanda müxalifətin Ermənistan hakimiyyətini devirmək məqsədilə təşkil etdiyi kütləvi iğtişaşlar səngimək bilmir. İrəvan Dövlət Universitetinin tələbələri tətil elan ediblər. Onlar Respublika meydanında aksiya keçirən vətəndaşlara qoşulublar. Bundan əvvəl Milli Konservatoriyanın tələbələri də tətil elan etmişdi.
Xəbər lenti
Hamısına baxAnalitik
26 Avqust 09:25
Mədəniyyət
26 Avqust 09:05
Dünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19

