İrəvanda iğtişaşlar davam edir
26.09.2023 [11:10]
Müxalifətin “Milli Komitə”si yaradıldı
NARDAR
Ermənistanda daxili ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Sentyabrın 19-dan etibarən müxalifət baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirir. “Nikol satqındır!” şüarı səsləndirən etirazçılar mübarizəni sona qədər aparacaqlarını iddia ediblər. Lakin Paşinyan sentyabrın 24-də Ermənistan xalqına müraciətində istefa verməyəcəyini bir daha bəyan edib.
Xatırladaq ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefasına nail olmaq üçün “Milli Komitə” yaradıldığını bəyan edib. Keçmiş baş nazir Vazgen Manukyan “Milli Komitə”yə kimlərin başçılıq edəcəyini açıqlayıb. “Biz - Hayk Mamicanyan, Avetik Çalabyan, Andranik Tevanyan, İşxan Saqatelyan və məndən ibarət 5 nəfər “Milli Komitə” yaratdıq. Biz məsələni mümkün qədər qanuni şəkildə həll etməliyik. Biz mümkün qədər tez itaətsizlik aksiyalarına başlamalıyıq”, - deyə keçmiş baş bildirib. O, komitənin tərkibinin genişləndirilməsinin vacibliyini də vurğulayıb: “Həqiqətən, mənim vəzifə tutmaq üçün heç bir ambisiyam yoxdur. Hesab edirəm ki, ümumiyyətlə, keçmiş prezidentlərin də heç biri Ermənistan Respublikasının rəhbəri olmamalıdır”.
Keçmiş baş nazir daha sonra əlavə edib: “Mən xalqımızı geniş itaətsizlik aksiyalarına, tətillərə, dərsləri boykot etməyə, küçələri bağlamağa çağırıram. Amma polislə davaya girməyə ehtiyac yoxdur. Bu toqquşma bizə heç nə vermir, sadəcə olaraq, xalqın gücü qarşısında müqavimət göstərə bilməməlidirlər. Bu, bizim məqsədimizdir”. Manukyan deyib ki, hazırda ölkə rəhbərliyi xarici agentlərin əlindədir: “Hakimiyyət dəyişikliyindən sonra nə baş verəcəyini xalqa izah etmək lazımdır. Bunun üçün müxtəlif partiyaların nümayəndələri öndə olmalıdır. İndi insanların çoxu Nikol Paşinyanın hakimiyyətdə olmasının əleyhinədir, xüsusən də “Artsax”la bağlı son insidentdən sonra. Biz xalqı birləşdirərək irəli getməliyik”.
Mitinq iştirakçıları hökumət binasını mühasirəyə almağa çalışsa da, buna nail olmayıb. Əksinə, hüquq-mühafizə orqanları etirazçılara qarşı sərt tədbirlər görür. Bunun nəticəsi olaraq müxalifət liderlərindən biri - “Ana Ermənistan” blokunun rəhbəri Andranik Tevanyan vətəndaş itaətsizliyi, dövlət çevrilişinə cəhd ittihamı ilə saxlanılıb. Saxlanılanlar arasında ölkənin ikinci prezidenti Robert Koçaryanın oğlu Levon Koçaryan da var. Polislər ona qarşı güc tətbiq edib, asfalt boyunca sürüyüblər. Bununla bağlı görüntülərdə bir neçə polisin Koçaryanın oğlunu polis maşınına sürükləməyə çalışdığı əks olunub. “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan bildirib ki, polis zorakılığına baxmayaraq, paytaxtda və bölgələrdə itaətsizlik aksiyaları davam edir. Onun sözlərinə görə, bu vaxta qədər 200-ə yaxın adam həbs edilib: “Onların hüquqlarını qorumaqla müxalifətçi deputatlar və vəkillər məşğul olur”.
Yeri gəlmişkən, Ermənistan İstintaq Komitəsinin yaydığı məlumatda aksiya iştirakçılarının daha çox Qarabağ sakinləri olduğu bildirilir: “Əsasən, “rtsax”ın müxtəlif qəsəbələrinin keçmiş sakinləri olan mitinq iştirakçıları mütəşəkkil şəkildə Ermənistan hökumətinin binasının girişində toplaşıblar. Onlar polisin qanuni tələbinə tabe olmaq istəmirlər, ictimai təhlükəsizliyə təhdid yaradan kütləvi iğtişaşlar təşkil ediblər”.
İstintaq Komitəsi onu da bildirib ki, saxlanılan şəxslərlə yanaşı, digər təşkilatçılar axtarılır və tapılaqları təqdirdə həbs olunacaqlar. Xatırladaq ki, ötən gün səhər saatlarında saxlanılanlar arasında “Ermənistan” fraksiyasının deputatı Tadevos Avetisyan, hərbi ekspert Karen Vrtanesyan, jurnalist David Sarkisyan da olub. Lakin sonradan Karen Vrtanesyanla Tadevos Avetisyan azad edilib.
Beləliklə, son vaxtlar İrəvanda etiraz aksiyaları, iğtişaşlar gündəlik həyat tərzinə çevrilib. Müxalifət mitinqlərin davamlı olaraq keçirilməsinə və nəticə əldə edilməsinə çalışır.
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:56
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57

