Çörəyi al çörəkçidən...
23.09.2023 [10:30]
Xankəndiyə humanitar yük karvanı yola salındı
MÜBARİZ
Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiya məsələləri ölkəmizin qarşıya qoyduğu hədəflər sırasında yer alır. Qalib Azərbaycan etnik erməniləri öz vətəndaşları hesab edir. Konstitusiyamız onların hüquqlarının qorunmasına yüksək təminatlar verir. Bir gün davam edən uğurlu antiterror tədbirlərinin başa çatmasından dərhal sonra prosesə start verilib. Xəbər verildiyi kimi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsini və humanitar dəstəyin həyata keçirilməsini istəyib. Ölkəmizin qısa müddətdə hazırladığı müfəssəl reinteqrasiya proqramı görüşdə qarşı tərəfə təqdim olunub. Proqramda həmçinin Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın humanitar ehtiyaclarının qarşılanması da yer alıb və bu istiqamətdə müxtəlif səpkili tədbirlərin görülməsi nəzərdə tutulub.
Artıq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) xəttil ilə Qarabağ bölgəsində yaşayan erməni əhali üçün ərzaq məhsullarının göndərilməsinə başlanıb. FHN-nin Qarabağ Regional Mərkəzinin rəisi Mirəli Feyziyevin məlumatına əsasən, sentyabrın 22-də hər birinin tutumu 20 ton ərzaq məhsulları və gigiyenik vasitələr, eləcə də, iki çörək dolu maşın Xankəndinə yola salınıb. Yük karvanı hazırda açıq olan Ağdam-Xankəndi yolundan istifadə edilməklə təyinat yerinə çatdırıldı. Humanitar karvan əhaliyə paylanacaq. Qurum rəsmisi bildirib ki, Qarabağda yaşayan erməni sakinlər üçün bundan sonra da humanitar məqsədli dəstək veriləcək. “Bundan sonra da bu kimi humanitar məhsulların göndərilməsi təmin olunacaq”, - deyə M.Feyziyev vurğulayıb.
Qarabağda yaşayan ermənilər üçün humanitar yük karvanının yola salınması ölkəmizin humanist yanaşmasının təzahürüdür. İndiyədək belə bir imkan yox idi. Ermənistanın Xankəndidə yaratdığı separatçı rejim əlaqələrin qurulmasına hər vəchlə mane olurdu. Ermənistan rəhbərliyi və separatçılar humanitar məsələləri də siyasiləşdirərək qərəzli manipulyasiya predmetinə çevirmişdilər. Uğurla başa çatan bir günlük antiterror tədbirlərindən sonra vəziyyət dəyişib.
Xatırladaq ki, antiterror tədbirlərinin nəticəsi olaraq əldə edilən razılaşmaya əsasən, Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Beləliklə də, reinteqrasiya, o cümlədən də ermənilərin humanitar ehtiyaclarının qarşılanması üçün imkanlar yaranıb.
Xəbər lenti
Hamısına baxAnalitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10
YAP xəbərləri
26 May 16:00
YAP xəbərləri
26 May 15:48
YAP xəbərləri
26 May 15:47
YAP xəbərləri
26 May 15:38
Sosial
26 May 15:35
Sosial
26 May 15:35
Sosial
26 May 15:34
Siyasət
26 May 15:30
İdman
26 May 15:29
YAP xəbərləri
26 May 15:15
Sosial
26 May 15:00
Hadisə
26 May 14:25
Siyasət
26 May 14:10
YAP xəbərləri
26 May 14:09
Sosial
26 May 14:09
Sosial
26 May 14:01

