Ərdoğan - Netanyahu görüşü
21.09.2023 [11:00]
Azərbaycan-Türkiyə-İsrail üçtərəfli platforması reallığa çevriləcəkmi?
N.BAYRAMLI
BMT Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin Baş naziri Binyamin Netanyahunun görüşü olub. Rəcəb Tayyib Ərdoğan Binyamin Netanyahunu Nyu-Yorkdakı Türk Evində qəbul edib. Bu barədə Türkiyə Prezidentinin Administrasiyasının kommunikasiya idarəsi məlumat yayıb. Bildirilib ki, beynəlxalq və regional məsələlərin müzakirə edildiyi görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələr və İsrail-Fələstin münaqişəsi ilə bağlı son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.
Qəbul zamanı Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsrail ilə enerji, texnologiya, innovasiya, süni intellekt və kibertəhlükəsizlik sahələrində ortaq işlər görə biləcəyini, sülhün hökm sürdüyü bir dünya üçün hamının birlikdə çalışması lazım olduğunu vurğulayıb.
Bir sıra ekspertlər hesab edirlər ki, iki liderin görüşündə geosiyasi və regional məsələlərin müzakirə mövzusu olması istisna deyil. Bu baxımdan, Azərbaycan-Türkiyə-İsrail üçtərəfli platformanın yaradılması gündəmdədir.
Ümumiyyətlə, Azərbaycanın xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı etimada əsaslanan bərabəhüquqlu münasibətlərin qurulması prioritetdir. Bu siyasət nəticəsində ölkəmizin xarici əlaqələri, dostluq münasibətləri daim güclənir. Azərbaycan ikitərəfli münasibətlərlə yanaşı, üçtərəfli platformaların yaradılmasına da önəm verir. Artıq belə bir təcrübə mövcuddur. Azərbaycan-Türkiyə-Gürcüstan platforması buna nümunədir. Hazırda isə Azərbaycan - Türkiyə - İsrail üçtərəfli platformasının yaradılması gündəmə gəlib.
Məlumdur ki, Azərbaycan hər iki ölkə ilə geniş əlaqələrə malikdir. Türkiyə-Azərbaycan münasibətləri uğurlu regional və beynəlxalq əməkdaşlıq nümunəsi olmaqla yanaşı, həm də dostluq və qardaşlıq örnəyi kimi xarakterizə edilir. Bununla yanaşı, Azərbaycan-Türkiyə münasibətləri davamlı inkişaf dinamikasına malikdir. Bu iki ölkəni bir-birinə bağlayan strateji əsaslar xalqlararası dərin inteqrasiya, ortaq milli keçmişə və dəyərlərə malik olmaq, eyni zamanda, milli maraqların uzlaşdırılmasıdır. Bütövlükdə, hər bir sahədə inkişaf edən Azərbaycan-Türkiyə dostluğu və strateji tərəfdaşlığı dünya üzrə unikal bir nümunəyə çevrilib.
Eləcə də, Azərbaycana yaxın dost və tərəfdaş ölkələrindən biri də İsrail dövlətidir. Azərbaycan və İsrail xalqları arasında dostluq əlaqələrinin qədim tarixi var. Bu xalqlar həmişə bir-birinin dilinə, dininə, mədəniyyətinə dərin hörmətlə, ehtiramla yanaşıblar. İki dövlətin dostluq və əməkdaşlığı yüksələn xətlə inkişaf edir. Bu il İsrail Prezidenti İshaq Hersoqun və digər rəsmi şəxslərin ölkəmizə səfərləri də bunu təsdiq edir.
Həm Türkiyə, həm də İsraillə yüksəksəviyyəli münasibətlər quran Azərbaycan, hər iki ölkənin bir-birinə yaxınlaşmasına da böyük səy göstərir. Bir neçə il bundan əvvəl İsraillə Türkiyə arasında yaşanan gərginliyi yada salaq. Bəzi güc mərkəzləri bu gərginliyi artırmağa çalışır və məqsədli şəkildə yanan odun üstünə yağ tökürdülər. Azərbaycan əsl dost kimi davrandı və böyük səylər ortaya qoymaqla Türkiyə ilə İsrail arasında münasibətlərin normal istiqamətə yönəlməsinə nail oldu. Bu amil Azərbaycan Prezidenti İlham Əliyevin dünyada yüksək nüfuza sahib olduğunu bir daha təsdiqlədi. Bütün bunların fonunda BMT Baş Assambleyası çərçivəsində Ərdoğan- Netanyahu görüşü Azərbaycan-Türkiyə-İsrail üçtərəfli platformasının reallığa çevrilməsi ideyasını əhəmiyyətli dərəcədə artırır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23

