İkili standartlar siyasəti və bumeranq effekti
17.09.2023 [14:36]
Vahid Novruzov
YAP Veteranlar Şurasının üzvü, iqtisad elmləri doktoru, professor
Müasir dünyada gedən proseslərə yanaşma baxımından ikili standart rəsmən inkar edilən, lakin sükutla qəbul edilən və tətbiq olunan, müxtəlif ölkələrin hüquq və öhdəliklərinə ayrı-seçkili yanaşma "norma"sıdır.
Ölkəmizə qarşı münasibətdə ikili standartlar siyasəti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən haqlı olaraq tənqid edilmişdir. Dövlətimizin başçısı diqqəti ona yönəltmişdir ki, Azərbaycana qarşı çox çirkin kampaniya aparılır və bu kampaniya vacib beynəlxalq tədbirlər ərəfəsində xüsusilə gücləndirilir.
Ölkəmizə qarşı Qərbin ikili standartları son vaxtlarda ABŞ-nin xarici siyasətində xüsusən də Qarabağ məsələsində özünü daha qabarıq göstərir: ikiüzlülük faktiki olaraq bu ölkələrin siyasətçiləri üçün çoxdan milli keyfiyyətə çevrilmişdir. İkili standartlar bunda özünü göstərir ki, eyni bir hadisə ABŞ siyasətçiləri tərəfindən həmin anda onlara sərf etməsindən asılı olaraq, ya pislənə, ya da dəstəklənə bilir.
İkili standartlar siyasəti ictimai rəy vasitəsilə rəqiblərinə təsir göstərmək vasitəsi və öz hərəkətlərinə haqq qazandırmaq üsulu kimi istifadə edilir. İkili standartlarda ittiham etmək də geniş yayılmışdır və tənqidləri dəf etmək üçün çox vaxt ona əl atırlar.
Beynəlxalq münasibətlərdə ABŞ-nin ikili standartlar siyasəti, adətən özlərinin və ya müttəfiqlərinin oxşar hərəkətlərinə haqq qazandırmaq üçün prinsiplərin, konvensiyaların və öhdəliklərin pozulmasında, “ümumbəşəri dəyərlərin tapdalanması”nda, “insan hüquqlarının pozulması”nda, “beynəlxalq hüquq normalarından geri çəkilmək”də xoşa gəlməyənlərin ittiham edilməsi formasındadır. Bunlara misal olaraq vaxtilə İraqın, Liviyanın, Əfqanıstanın, elə indi “qohum çıxdığı” Vyetnamın başına gətirilən müsibətləri göstərmək olar.
Onu da qeyd etmək lazımdır ki, başqa ölkələrin işlərinə qarışmaq cəhdləri bəzən rəsmi dairələrin qeyd etdikləri kimi ayrı-ayrı ictimai qurumların, fondların və lobbiçilik təşkilatlarının könüllü fəaliyyətləri kimi başa düşülməməlidir. Bütün bunlar varsa da, onlar Qərb dövlət başçılarının mövqeyini reallaşdırırlar. Dünyanın fövqəldövlətinin sabiq başçısı Obamanın fikirlərinə diqqət yetirin: “Xarici ölkələrdə vətəndaş cəmiyyətinin dəstəklənməsi milli təhlükəsizlik məsələsidir və Vaşinqton həmişə, bütün dünyada müxtəlif QHT-ləri dəstəkləyəcək”.
Bir çox amerikalılar sadəlövhcəsinə güman edirlər ki, onların ölkəsi dünyanın ən gözəl ölkəsidir. Hər şeydən əvvəl, digər ölkələrə nümunə olmaq mənasında. Ona görə də digər ölkələri davranışlarına görə tənqid etməkdən yorulmurlar. Lakin başqa ölkələrə qarşı irəli sürdüyü tələbləri Vaşinqton çox vaxt özü yerinə yetirə bilmir. ABŞ əslində ikili "əxlaq" üzrə dünya çempionudur. Məsələn, beynəlxalq səviyyədə vergidən yayınmaq və çirkli pulları yumaq sahəsində.
Qərb ölkələri, xüsusən də ABŞ öz ərazilərində qanunun icazə verdiyi çərçivələrdən kənara çıxan etiraz aksiyalarını amansızlıqla yatırırlar. Lakin xaricdə bu cür aksiyalardan söhbət gedəndə, bu aksiyalar növbəti Qərbpərəst rəngli inqilaba çevrilə biləndə Qərb və ABŞ etirazçılar tərəfindən zorakılığın təzahürlərinə baxmadan belə aksiyaları dəstəkləyirlər. Ona görə müntəzəm olaraq belə vəziyyət yaranır ki, Qərb KİV-ləri növbəti rəngli etiraz xadimlərindən “dinc etirazçı” və ya “dinc fəal” obrazı yaradırlar, öz evlərində isə hakimiyyət orqanları belə fəalları cinayətkarlar kimi tez-tələsik cəzalandırırlar.
Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan dünyaya açıq bir ölkə olmaqla, xarici əlaqələrin qurulmasında çox maraqlıdır.
Möhtərəm Prezidentimizin bu sahədə də siyasəti yalnız qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əməl olunması, ikili standartlara yol verilməməsi üzərində qurulmuşdur. Bu baxımdan Prezident İlham Əliyevin sözlərini xatırlatmaq yerinə düşərdi: “Azərbaycan bütün ölkələrlə, bütün beynəlxalq təşkilatlarla bərabərhüquqlu münasibətlər qurur və biz fəaliyyətimizi bu prinsip üzərində davam etdiririk".
“Azərbaycanla diktat dili ilə danışmaq olmaz, Azərbaycanla dost, tərəfdaş olmaq olar. Biz buna hazırıq və gələcəkdə, bax, bu istiqamətdə gedəcəyik”.
Şərqdə belə bir deyim var: “Ədalətli olmayan güc iflasa məhkumdur”. ABŞ-nin ikili standartlar siyasətinin də bumeranq effekti verməsi qaçılmazdır.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

