Xankəndi talanları...
16.09.2023 [10:20]
Erməni terrorundan 35 il ötür
1988-ci ildə ermənilər üçün ən mühüm və strateji məsələlərdən biri Xankəndi şəhərindən və Kərkicahandan azərbaycanlıları təmizləmək idi. Buna səbəb isə Xankəndidə yaşayan azərbaycanlıların tarix boyu erməniləri ifşa etməsi və beləliklə də, onların Azərbaycanın tarixi torpaqlarına sahiblənmək istəyini, qurduqları planları alt-üst etmələri idi...
Qeyd edilən tarixi əhatə edən dövrdə Ermənistan SSR-dən gəlmiş erməni millətçi emissarlarının təşkilatçılığı ilə Xankəndidə ermənilər Qarabağın Azərbaycandan qoparılaraq Ermənistana verilməsi tələbi ilə icazəsiz mitinqlərə başladılar. İlk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olundu. Bundan bir həftə sonra, 20 fevralda keçmiş Dağlıq Qarabağ Ali Sovetindəki erməni deputatlar qanunsuz olaraq vilayətin Azərbaycanın tərkibindən ayrılaraq Ermənistan SSR-ə birləşdirilməsi məsələsini qaldırdılar. Bu, Qarabağda yaşayan azərbaycanlıların kəskin narazılığına səbəb oldu. Bundan sonra Sovet rəhbərliyi vəziyyəti stabilləşdirmək üçün Xankəndinə Daxili Qoşunların batalyonunu göndərdi. Və elə həmin aylardan etibarən ermənilərin azərbaycanlılara qarşı terror hərəkatı başlandı.
Xankəndi erməniləri Şuşaya gələn su kəmərini zəhərləməyə cəhd etdilər. 20 fevralda Xankəndi mərkəzi xəstəxanasında təcrübə keçən iki azərbaycanlı tələbə qız ermənilər tərəfindən zorlandı. 2 gün sonra isə Ağdamdan yüzlərlə azərbaycanlı gənc bunun qisasını almaq üçün Xankəndiyə yürüş etdilər. Onların qarşısı Əsgəranda silahlı ermənilər və rus əsgərləri tərəfindən kəsildi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirildi, çoxlu sayda insan isə yaralandı.
Azğınlaşmış ermənilər havadarlarına arxayın olaraq cinayət əməllərinin miqyasını günü-gündən artırmağa başladılar. Nəticədə 1988-ci ilin 18 sentyabrı isə tarixə növbəti erməni vəhşiliklərinin günü kimi yazıldı.
Milli Məclisin deputatı Tural Gəncəliyev “Yeni Azərbaycan” qəzetinə açıqlamasında 1988-ci il hadisələrindən söz açıb: “1988-ci il sentyabr ayının 18-də gecə ermənilər Xankəndi şəhərində yaşayan azərbaycanlıların evlərinə basqın etdilər. Şəhərdəki azərbaycanlıların evlərinə hücum edərək evlərindəki əşyaları talan etdilər, apardılar, yararsız hala saldılar. Həyət evlərini yandırdılar. Şəhərin yuxarı hissəsində yerləşdirilmiş insanlar yandırılan evləri aydın görürdülər. Ancaq həm insanların əlində silah olmadığına görə onlara kömək etmək mümkün deyildi. Azərbaycanlıların gözləri önündə evləri yanırdı, insanlarda hədsiz qəzəb hissi yaranmışdı. Həmin vaxtlar sahibsiz, köməksiz Xankəndi sakinləri erməni quldurları ilə üzbəüz qalmışdı. Görünməyən təhlükəli anlar yaşanırdı. İnsanları hər an təhlükə gözləyirdi”.
T.Gəncəliyev döyülən şəxslərin bəzilərinin həmin travmalardan sonra psixoloji pozuntular yaşadıqlarını da diqqətə çatdırıb: “Azərbaycanlılar yanğınların, talanların 3 gecə çəkdiyini öz gözləri ilə gördülər. Erməni quldurları onları harada görürdülərsə, döyürdülər, evlərindəki bütün əşyaları talayıb yandırırdılar. Məsələn, deyirlər ki, Nizami həkimi necə döyüblərsə, qısa müddət sonra aldığı xəsarətlərdən vəfat etmişdi. Digər azərbaycanlıları da döyürdülər. Bəziləri bu travmalardan sonra böyük psixoloji pozuntular yaşamışdılar. Və beləliklə, üç gecə - sentyabrın 18-dən 21-nə qədər - erməni quldurları bu cür hərəkətlərini davam etdirdilər, azərbaycanlılara qarşı böyük qırğınlar törətdilər, talan etdilər və azərbaycanlıların əksəriyyətini şəhərdən didərgin saldılar”.
Deputat Ermənistanın istər əvvəlki, istərsə də hazırkı siyasi-hərbi rəhbərliyinin baş verənlərə görə məsuliyyət daşıdığını xatırladaraq qeyd edib ki, onlar buna görə cavab verəcəklər: “Erməni quldurlarının törətdikləri hadisələrlə zəngin 1988-ci il hadisələri və ondan sonrakı faciələr onu göstərdi ki, bu, Ermənistan rəhbərliyi tərəfindən başladılan təxribat xarakterli hərəkətlər idi. Onlar sonradan Azərbaycan Respublikasına qarşı açıq müharibə elan etməyi və azərbaycanlıları soyqırımına məruz qoymağı düşünürdülər. Qeyd etmək istəyirəm ki, o vaxt Xankəndidən didərgin salınan, etnik təmizləməyə məruz qalan Xankəndi sakinlərinin əksəriyyəti Ağdama, Şuşaya, Xocalıya, Bakı və Sumqayıt şəhərlərinə və başqa rayonlara pənah aparmışdılar. Və beləliklə də, şəhərdə olan azərbaycanlıların ölkəmizin digər şəhər və rayonlarına məcburi köçkün kimi düşməsi məhz bu erməni talanlarından sonra başlamışdır. Xüsusilə onu qeyd etmək istəyirəm ki, Xankəndi şəhərində Nizami Gəncəvi adına 4 saylı orta məktəb fəaliyyət göstərirdi və həmin məktəbin fəaliyyəti bundan sonra dayandırıldı. Beləliklə, azərbaycanlılara məxsus olan bütün mülklər, tarixi abidələr, çox qədim mirasımız Xankəndi şəhərində darmadağın edildi. Bunların hamısını törədən erməni quldurları hələ də buna görə cavab verməyiblər və Ermənistanın istər əvvəlki, istərsə də hazırkı hərbi-siyasi rəhbərliyi bu məsələlərə görə məsuliyyət daşıyır və vaxt gələcək buna görə cavab verəcəklər”.
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxDünya
25 Avqust 23:58
Dünya
25 Avqust 23:36
İdman
25 Avqust 23:36
Dünya
25 Avqust 22:57
Dünya
25 Avqust 22:36
Elanlar
25 Avqust 22:24
Siyasət
25 Avqust 21:57
Dünya
25 Avqust 21:56
Siyasət
25 Avqust 21:45
Dünya
25 Avqust 21:32
Dünya
25 Avqust 20:59
Dünya
25 Avqust 20:39
Dünya
25 Avqust 19:58
Dünya
25 Avqust 19:27
İqtisadiyyat
25 Avqust 18:56
İqtisadiyyat
25 Avqust 18:25
Elm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
Sosial
25 Avqust 17:16
Sosial
25 Avqust 16:55
İqtisadiyyat
25 Avqust 16:51
Sosial
25 Avqust 16:40
Sosial
25 Avqust 16:39
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Siyasət
25 Avqust 16:02
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33

