Suya qənaət edin!
14.09.2023 [12:20]
BMT-dən qlobal su probleminin həlli ilə bağlı müraciət
Günel ABBAS
Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Xüsusilə XXI əsrin ortalarından etibarən dünyada su böhranının bütün ölkələri ciddi şəkildə narahat edəcəyi proqnozlaşdırılır. Azərbaycanda da içməli su qıtlığı artıq özünü göstərməyə başlayıb. Bununla əlaqədar vəziyyəti nizamlamaq üçün Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Su komissiyası yaradıldı. Komissiyanın iclasında mənbələrdən götürülən su həcmlərinə qənaət olunması qərara alındı. Hətta “Azərsu” ASC ötən dövrdə qənaət rejimi ilə bağlı qərar qəbul etdi və paytaxtın bəzi hissələrində bu rejimə keçildi. Hesablamalara görə, 2100-cü ildə Azərbaycanın su ehtiyatlarının 40 faizi azalması təhlükəsi ilə üz-üzə qala bilərik. Azərbaycanda su ehtiyatının məhdud olduğu bir zamanda bu ehtiyatlardan səmərəli istifadə, əldə olunan suyun bərabər bölgüsü, su mənbələrinin çirklənmədən etibarlı mühafizəsi ölkəmizin hər bir sakini üçün ciddi əhəmiyyət kəsb etməlidir.
Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli və şirin suvarma suyunun çatışmazlığı ilə üzləşir. Çünki dünyada baş verən münaqişələr, iqlim dəyişiklikləri, qlobal ekoloji problemlər, qarın və yağışın az düşməsi, çaylarda suyun quruması, yaşıllıqların məhv edilməsi su qıtlığına səbəb olub. Hazırda Azərbaycanda da içməli suya müəyyən qısamüddətli qadağalar tətbiq edilir, su fasilələrlə verilir. Əkin sahələrində də qənaət rejimi ilə bağlı addımların atılmasına ehtiyac mütləqdir.
Xəzər Universiteti Coğrafiya və Ətraf Mühit Departamentinin müdiri, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov su probleminin səbəblərindən biri kimi kənd təsərrüfatının genişlənməsini görür: “Kürdə suyun kəskin azalması və qurumasının səbəbi çox müxtəlifdir. Təbii ki, burada biz nəzərə almalıyıq ki, Kür transsərhəd çaydır və iqlim dəyişikliklərinin kəskin dəyişmələrinə məruz qalır. Bu, böyük çay olduğu üçün həm Türkiyə, ərazisində, həm Gürcüstanda, həm də Azərbaycanın özündə Kürdən su götürmələri getdikcə artmaqdadır. Azərbaycanda kənd təsərrüfatı sahələrinin sahəsi sürətlə artır ki, bu da suya olan tələbatın daha da artmasına səbəb olur”.
Kənd təsərrüfatında su itkilərinə yol verildiyini deyən ekspert suya qənaətlə bağlı bir sıra təkliflər də irəli sürüb: “Biz təcili olaraq su itkilərini azaltmalıyıq. Bundan ötrü müasir suvarma texnologiyalarına keçid lazımdır. Bundan əlavə, torpaq kanallar betonlaşdırılmalı, açıq arxlar boru ilə əvəz olunmalı, fermerlərdə suya qənaətə təşəbbüsü yaradılmalıdır. Ən nəticədə sayğaclaşdırma işləri aparılmalıdır ki, su itkilərinin qarşısı alınsın. Biz suyu damla-damla istifadə etməliyik. Kənd təsərrüfatında az suya qane olan bitkilər əkilməli, daha dözümlü kənd təsərrüfatı yaradılmalıdır”.
Yeri gəlmişkən, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bildirib ki, su ehtiyatlarının qorunması və onlardan səmərəli istifadə edilməsi bəşəriyyətin qarşısında duran ən mühüm vəzifələrdən biridir. Təşkilat mətbuat açıqlamasında bildirib ki, FAO kənd təsərrüfatı ehtiyacları və insanların ərzaq təminatı baxımından Qlobal Su Gündəliyinin tələblərinin yerinə yetirilməsi vacibdir.
FAO-nun baş direktorunun müavini Maria Helena Semedo Pekində keçirilən 18-ci Ümumdünya Su Konqresinin açılışında çıxışı zamanı deyib: “Kənd təsərrüfatında səmərəliliyi artırmaq, mənfi təsirləri azaltmaq və tullantı sularından təkrar istifadə etməklə qlobal su böhranının həlli həm də ərzaq təhlükəsizliyinə və Dayanıqlı İnkişaf 2030 Gündəliyinin məqsədlərinə nail olunmasında mühüm amillərdir”. O əlavə edib ki, hazırda şirin sudan istifadənin 70 faizindən çoxu kənd təsərrüfatının payına düşür və azalan resurslar, iqlim dəyişikliyi səbəbindən vəziyyət getdikcə pisləşir. FAO BMT-nin 2023-cü il Su Konfransının qərarlarına, habelə Qlobal Su Fəaliyyəti Gündəliyinə sadiqdir və bu həyat mənbəyinin hamı üçün əlçatan olması istiqamətində yeni proqramlar həyata keçirir. Bu, eyni zamanda, biomüxtəlifliyin qorunması baxımından da əhəmiyyətlidir.
Keçən ilin dekabrında qəbul edilən COP15 Kunminq-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsi təbiətlə harmoniyada yaşayan bəşəriyyət üçün iddialı bir vizyonu müəyyən edən əlamətdar sazişdir. M.Semedo qeyd edib ki, su ilə ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, biomüxtəliflik arasında əlaqə yaradılması Çərçivənin mühüm tərkib hissəsidir. O vurğulayıb ki, ekosistemə əsaslanan həllər və təbii ehtiyatların davamlı idarə olunması əsas amillərdir. Kənd təsərrüfatı, balıqçılıq üçün yaşıl və mavi infrastruktura üstünlük vermək suyun keyfiyyətini artıra, biomüxtəlifliyi qoruya və kənd təsərrüfatı sistemləri üçün digər faydalar təmin edə bilər. “Bizə inklüziv və davamlı planlaşdırma, maliyyələşdirmə, idarəetmə və icranı təmin etmək üçün hökumətlər, beynəlxalq təşkilatlar, elm adamları, tədqiqat institutları, yerli icmalar və özəl sektor arasında əməkdaşlıq çərçivələri lazımdır”, -deyə M.Semedo vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25

