Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Xarici diplomatlar Ağdam-Xankəndi yolunda ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar

Xarici diplomatlar Ağdam-Xankəndi yolunda ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar

31.08.2023 [11:44]

Xarici diplomatlar Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hərbi attaşelər və xarici jurnalistlər avqustun 31-də Qarabağda yaşayan erməni əsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən təşkil olunan ərzaqdan ibarət yüklərin yerləşdiyi məntəqəyə gəliblər.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatlara və xarici jurnalistlərə mövcud vəziyyət barədə ətraflı məlumat verib.

Qeyd edək ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Yük avtomobilləri Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir. Ərzaq dolu yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Paylaş:
Baxılıb: 642 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31