İflasa uğrayan dezinformasiya və manipulyasiya planı
24.08.2023 [11:46]
Günel
"Ermənistanın informasiya cəbhəsində apardığı dezinformasiya təbliğatı ən peşəkar formada zərərsizləşdirilməkdədir. Məlumdur ki, 30 illik işğal dövründə olduğu kimi, 44 günlük savaş zamanı da erməni tərəfi dezinformasiya siyasətini davam etdirirdi. Buna baxmayaraq, dünya Qarabağda baş verənlərlə bağlı ən operativ və dəqiq məlumatları Azərbaycandan alırdı. Bu gün dünyada güc amili həm də informasiya mübarizəsində əldə edilən üstünlükdür. Belə ki, döyüş meydanında savaş bitsə də, informasiya cəbhəsində mübarizə bitməyib və görünən odur ki, uzun müddət davam edəcək. Bu vəziyyətlə uğurlu şəkildə mübarizə aparmaq isə hər birimizin vətəndaşlıq borcudur”.
Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elşad Mirbəşir “Yeni Azərbaycan”a açıqlamasında bildirib.
Deputat bu günlərdə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında aparılan müzakirələrə də diqqət çəkib: “Bu müzakirələr birmənalı şəkildə Ermənistan diplomatiyasının iflası anlamını daşıyır. Çünki Ermənistan BMT TŞ-nin iclasının nəticələrinə böyük ümid bəsləyirdi. Onlar Azərbaycana qarşı hər hansısa bir qətnamə qəbul ediləcəyini zənn edirdilər. Ancaq heç bir bəyanat səslənmədi. Maraqlıdır ki, Nikol Paşinyan BMT TŞ-nin iclasının nəticələrini özləri üçün məqbul hesab edir. Bu, yəqin ki, məğlubiyyətini qəbul edən bir baş nazirin etirafı anlamına gəlir. Eyni zamanda, Ermənistanın xarici işlər naziri də bu nəticələrin onlar üçün önəmli olduğunu, lakin fövqəladə iclas çağırıldığında qətnamə qəbul edilməyəcəyini düşündüklərini bildirib. Bu isə ağ yalandır. Çünki onlar qətnamə qəbul ediləcəyinə ümid edirdilər.
BMT-nin daimi və qeyri-daimi üzvləri də bu xüsusda bizi bəzi hallarda qane etməyən fikirlər səsləndirsələr də, növbəti siyasi nizamlanma üçün Azərbaycan diplomatiyası prosesdə söz sahibi oldu. Beləliklə, gələcək əməkdaşlıqlar üçün konturlar formalaşır. İstənilən halda Azərbaycan diplomatiyasının burada uğurlu gedişlər etdiyini görürük”.
E.Mirbəşir onu da qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında post münaqişə dövründə, yəni üç ilə yaxın müddət ərzində mərhələli şəkildə Ermənistanı sülhə məcburetmə siyasəti uğurla həyata keçirilir: “Azərbaycan bütün kriteriyalar üzrə üstün olmasına baxmayaraq, regionda sülh istəyir və bunun üçün də bütün səylərini səfərbər edibdir. Ancaq təəssüflər olsun ki, Ermənistan sülh danışıqları zamanı və danışıqlardan sonra ümumiyyətlə, bütün bu prosesin gedişatı boyu təxribatlara meylli olduğunu dəfələrlə göstərib və hər dəfə də müxtəlif səpgidə təxribatlar törədibdir. Son zamanlar xarici media orqanlarında Azərbaycan əleyhinə dərc edilmiş yazılar, hesabatlar Ermənistan tərəfindən növbəti təxribatın tərkib hissəsi kimi dəyərləndirilməlidir. Onlar elə bir fon yaratmışdılar ki, sanki Azərbaycan bu məsələdə haqsızdır. Ümid edirdilər ki, bu yaranmış süni təzyiqlər hesabına BMT Təhlükəsizlik Şurasında da Azərbaycana qarşı hansısa bəyanat və ya sənəd qəbul etdirə biləcəklər. Ancaq bu belə olmadı. Ermənistan nümayəndə heyəti və onların havadarları BMT Təhlükəsizlik Şurasının iclasında növbəti dəfə iflasa uğradılar, əliboş qaldılar. Azərbaycan və onun dostları, haqq-ədalət tərəfdarı olan dövlətlərin nümayəndələri haqlı mövqeyimizi müdafiə etdilər”.
Millət vəkili onu da qeyd edib ki, Azərbaycanın daxili işlərinə heç kimin qarışmağa haqqı yoxdur: “Azərbaycan öz ərazilərində nəyi necə və hansı formada edəcəyini hamıdan yaxşı bilir. Bütün bunlarla yanaşı, Azərbaycan bu günə qədər beynəlxalq hüquqa, beynəlxalq konvensiyalara, beynəlxalq təşkilatların bütün sənədlərinə hörmətlə yanaşıb, məhz Xankəndində yaşayan erməni sakinlərə qarşı da ədalət prinsipindən çıxış etməkdədir. Azərbaycan Ermənistana alternativ yollar təklif edib. Düşünürəm ki, Xankəndi-Ağdam yolu daha əlverişlidir. Bu yoldan istifadə edilsə, həm də reinteqrasiyanı sürətləndirmiş olarıq.
Bununla yanaşı sonuncu hadisələrdən sonra ermənilərin sülh yox, vaxt qazanmaq istədikləri hamıya məlum oldu: “Ermənilər nəyin hesabına olursa olsun, Azərbaycandan qisas almaq istəyirlər. Onlar revanşist fikirlərlə yaşayırlar. Azərbaycan isə Ermənistan və onu dəstəkləyənlərin bizim qarşımıza çıxardığı bütün maneə və təxribatların qarşısını bu günə kimi məharətlə alıb. Bu gündən sonra da bütün maneələri və təxribatları dəf etmək iqtidarındadır. Prezident İlham Əliyevin rəhbərliyi altında bütün sahələr üzrə Azərbaycan inkişaf edir. Ermənistan BMT Təhlükəsizlik Şurasının iclasının toplantısından növbəti məğlubiyyətini aldı. Onlar reallıqları dərk etməlidirlər. Ermənistan Azərbaycanın sülh təklifini dəyərləndirərək ən qısa zamanda sülh masasına qayıtmalıdır. Azərbaycanın irəli sürdüyü beş baza prinsip əsasında sülh anlaşması imzalanmalıdır. Azərbaycanla Naxçıvan arasında kommunikasiyalar bərpa edilməli, Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri, təslim olmalı, Azərbaycan ədalətinə sığınmalı və Prezidentimizin söylədiyi kimi onlara şamil edilmə ehtimalı ola bilən əfvdən yararlanmalıdırlar. Əks təqdirdə, onların aqibətinin nə ilə nəticələnəcəyi hər kəsə bəllidir və biz əminliklə deyə bilərik ki, Azərbaycan öz istəklərinə çatacaq”.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
31 Avqust 20:53
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17

