Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Niger ordusunun rəhbərliyi qiyamçıları dəstəkləyib

Niger ordusunun rəhbərliyi qiyamçıları dəstəkləyib

27.07.2023 [16:30]

Niger Silahlı Qüvvələrinin Baş qərargahı prezident Mohamed Bazumun vəzifədən kənarlaşdırıldığını elan edən qiyamçıları dəstəklədiyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə qərargahın tviter səhifəsində dərc olunmuş bəyanatında deyilir. Bəyanatda, həmçinin vurğulanır ki, “istənilən kənar müdaxilə ölkədə fəlakətli nəticələrə və xaosa gətirib çıxaracaq”.

Baş qərargah ordunu terrorizm və mütəşəkkil cinayətkarlıqla mübarizədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini diqqətdə saxlamağa çağırıb.

Xatırladaq ki, keçmiş Fransa müstəmləkəsi olan Niger müstəqillik əldə etdikdən sonra (1946-cı il) ölkədə hakimiyyət çevriliş yolu ilə dörd dəfə dəyişib. Prezident Mohamed Bazum qərbyönlü siyasətçi və Parisin yaxın müttəfiqi kimi tanınır. Niger Fransanın EDF enerji şirkətini uranla təmin edir.

Paylaş:
Baxılıb: 557 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Gündəm

104 illik tarix!

29 Avqust 11:19

Ədəbiyyat

Analitik

Nüvə kabusu...

29 Avqust 09:45  

Sosial

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

29 Avqust 08:31  

Gündəm

İqtisadiyyat

Gündəm

Ədəbiyyat

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31