Ölkəmizdə nə qədər kitab çap edilir?
26.07.2023 [14:22]
Kağızın baha olması nəşriyyatçıları narahat edir
Son bir ildə nəşr olunan kitabların sayına görə ABŞ, Çin və Böyük Britaniyanın ilk üçlükdə yer aldığı siyahıda Azərbaycan 85-ci yerdə qərarlaşır. Bu gün oxucular kitabın, nəşriyyatçılar isə kağızların qiymətinin bahalığından şikayət edirlər.
Bəs nəşriyyat sahibləri nə deyirlər?
Bu dəfə kitab naşirlərinin ürək sözlərini eşidəcəyik. Yeniazerbaycan.com olaraq nəşriyyat evləri ilə əlaqə saxladıq, il ərzində ölkədə nə qədər kitab çap etdiklərini və hansı çətinliklərlə üzləşdiklərini soruşduq.
İlk ünvanımız “Qanun” nəşriyyatı oldu. 1995-ci ildən müstəqil nəşriyyat kimi fəaliyyət göstərən nəşriyyat evinin direktor müavini Ənvər İsmayılovla danışdıq: “Ötən 6 ay ərzində 219 560 nüsxə kitab nəşr edilib. Kitablar əsasən Azərbaycan dilində nəşr olunur, lakin rus və ingilis dillərində nəşrlərimiz də var. Bu gün klassik Azərbaycan və müasir Avropa ədəbiyyatına tələbat çoxdur. Öz hesabımıza rus və ingilis dillərindən başqa fars, ərəb, alman və fransız dillərində olan kitabları tərcümə edərək nəşr edirik. Redaktə və tərcümə işində bəzən müəyyən səhvlər qeydə alınsa da, kitabın kağızı və çapı ilə bağlı heç vaxt narazılıq olmayıb. Bizdə həm onlayn, həm də kitab mağazalarında satış mövcuddur. Hazırda yay fəsli ilə əlaqədar satışda azalma müşahidə olunsa da, ötən ilin eyni dövrü ilə müqayisədə qənaətbəxşdir”.
Nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azad olsa da...
“Qədim Qala” Nəşriyyatının icraçı direktoru Şöhlət İxtiyaroğlu isə deyir ki, keyfiyyətli iş böyük vəsait tələb edir. Kitabın tərcüməsi, redaktəsi və korrektəsi çox böyük məbləğlər hesabına başa gəlir. Kitabların baha olmasına aydınlıq gətirən İxtiyaroğlu bildirib : “Oxucular haqlıdır. Ötən illərlə müqayisədə kitabların qiymətlərində artım var. Çox təəssüf ki, qiymətlərin stabilliyini özümüz tənzimləyə bilmirik. Azərbaycanda nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azad olunsa da, kağızların qiymətində bahalaşma oldu. Əfsuslar olsun ki, bu kitabların qiymətində üzünü büruzə verdi. Bundan başqa, bizim nəşriyyat da daxil olmaqla bir sıra nəşriyyat evlərinin mətbəəsi yoxdur”.
Onun sözlərinə görə, nəşriyyat son 6 ay ərzində 20 adda kitab çap edib. Buraya əsasən psixoloji və fərdi inkişaf kitabları daxildir: “Biz həmişə keyfiyyətə üstünlük vermişik. Məqsədimiz kitabı oxucuya çatdırmaqdır, qiymətlərin bahalaşmasında maraqlı deyilik. Onlayn kitab satışı zamanı şəhər və regionlara kitab çatdırılmasını pulsuz həyata keçirmişik. Kitabların əlçatanlığını təmin etmək üçün müxtəlif kampaniyalar və endirimlər təşkil etmişik. Məsələn, bu yaxınlarda nəşriyyatımızın 12 illiyi münasibətilə kitabların qiymətinə 30 faizə qədər endirim olacaq”.
“Mücrü” Nəşriyyatı MMC ilə də həmsöhbət olduq. Nəşriyyatın nümayəndəsi Müşfiq Xanın sözlərinə görə, kitab çapı zamanı üzləşdikləri çətinlik alıcılıq qabiliyyətinin aşağı olmasıdır: “Nəşriyyatımız rəsmi olaraq 24 dekabr 2019-cu ildə dövlət qeydiyyatından keçib. Bu müddət ərzində həm yerli, həm də dünya ədəbiyyatının nəşri ilə məşğul olub: “Bu il ərzində nəşriyyat evində 140 adda kitab nəşr edilib. Buraya bədii ədəbiyyatla yanaşı, uşaq ədəbiyyatı, metodik və akademik nəşrlər daxildir. Düşündük ki, ƏDV-dən azad edildikdən sonra nəşriyyat sahəsində canlanma olacaq, əfsuslar olsun ki, belə olmadı. Kağızların qiymətinin bahalılığı kitabların tirajının az olmasına təsir etdi. Kitab çapının biznes sahəsi kimi populyarlaşmağı üçün işlər görülməlidir. Əksər nəşriyyat evləri kitabları çap edir, amma sabah satılıb-satılmayacağı barədə tərəddüd yaşayır. Bu, böyük bir sual işarəsidir...”
MÜŞFİQƏ
Xəbər lenti
Hamısına baxHadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40

